Bolqarıstanlı futbolçu yığma komandadan imtina etdi

Bolqarıstanlı futbolçu yığma komandadan imtina etdi
XƏBƏR 3 Oktyabr 2015 / 11:15 4186
-  A +

İtaliya B seriyasında çıxış edən "Novara" klubunun futbolçusu Andrey Qalabinov Bolqarıstan milli komandasına aldığı dəvətdən imtina edib.

Qol.Az-ın Bolqarıstan Futbol İttifaqının rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı hücumçu səbəb kimi oyun təcrübəsi və funksional hazırlığının yetərli olmamasını göstərib.

Onu Albaniya "Skenderbeu"sunda çıxış edən Ventsislav Xristov əvəzləyib.

Bolqarıstan millisi bazar ertəsi bir araya gələrək, oktyabrın 10-da Xorvatiya ilə Zaqrebdə, oktyabrın 13-də isə Azərbaycan millisi ilə Sofiyada keçirəcəyi AVRO-2016-nın seçmə qrup matçlarına hazırlaşacaq. Həmin gün baş məşqçi İvaylo Petevin mətbuat konfransı və komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi baş tutacaq.
Qeyd edək ki, hazırda Bolqarıstan millisi H qrupunda 8 xalla 4-cü pillədə qərarlaşıb. (report.az)

Daha çox


Son xəbərlər