“Hər bir futbolçudan razı qaldım. Qələbə qazansaq da, rəqibin zəif yeri yox idi. Çox güclü komandaya qarşı oynadıq. Vacib üç xal əldə etdik”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Anderlext” üzərində qələbədən (1:0) sonra keçirdiyi mətbuat konfransında deyib.
- İbrahim Şehiç son vaxtlar həddindən çox səhv edir. Bununla bağlı bir tədbir görmək fikriniz var?
- Bir insanın üzərinə çox getsək, o öz potensialını itirə bilər. Şehiçin sayəsində çox qələbələr qazanmışıq. Kimin səhvi olmur ki? Bu gün də Şehiç pis çıxış etmədi. Bəzi səhvlər oldu, ancaq üzərinə çox getmək lazım deyil. Gəlin, bu suala daha qayıtmayaq.
- “Anderlext”ə qarşı xüsusi hazırlığınız nədən ibarət idi?
- Gördüyünüz kimi rəqib fiziki cəhətdən çox güclü idi. Ona görə də müdafiədə xüsusi taktikalardan istifadə etdik. Künc zərbələri üzərində daha çox işləmişdik. Künc zərbəsi zamanı 3 oyunçunu irəlidə saxlayırdım. Ən real qol imkanlarını da standart vəziyyətdən sonra yaratdılar.
- Sizcə, rəqib Bakıya çox arxayın gəldiyi üçün uduzdu, yoxsa “Qarabağ” onların oynamasına imkan vermədi?
- Biz ilk növbədə rəqibin qarşısını almalıyıq. İlk hissədə komandamız çox əziyyət çəkdi. Çünki topsuz daha çox oynadıq. Doxsan dəqiqə bu templə davam edə bilməzdik. Rəqib fiziki cəhətdən çox güclü idi. “Anderlext” kimi balanslaşdırılmış komanda nadir hallarda olur. Belə çətin oyunumuz olmamışdı. Hər halda biz də öz oyunumuz göstərdik. Dünən də demişdim ki, “Anderlext”də seleksiya işi yaxşı aparılır. Çox şükür ki, düşüncələrimiz tam olmasa da, həyata keçdi.
- “Qarabağ” əvvəllər qrupa düşmək uğrunda mübarizə aparırdı. Bu uğurlu nəticələrdən sonra iştah artıbmı? Yəni artıq qrupdan çıxmağı hədəfləmisiniz?
- Reallığı demək lazımdır. Bu gün rəqiblərimizin hər biri bizdən üstündür. Ancaq istəklə nəsə etmək olar. Mən dəfələrlə demişəm ki, “Sent-Etyen”lə qarşılaşm ən yaxşı oyunlarımızdan biri olub. Amma həmin görüşdə qalib gələ bilməmişdik. Gördüyünüz kimi həyatda mümkünsüz heç nə yoxdur. Bizə bir qədər də zaman lazımdır ki, daha böyük uğurlar qazanaq.
- Son vaxtlar “Qarabağ” küncdən zərbələr zamanı qollar buraxır. Bunun qarşısını almaq üçün hansı işlər görürsünüz?
- “Mançester Siti” “Tottenhem”lə oyunda iki qolu künc zərbəsindən buraxdı. Yəni heç kim bu cür vəziyyətlərdən sığortalana bilməz. Bəli, qəbul edirəm ki, standart vəziyyətlərdə problemlərimiz var. Futbolçularımızın potensialı bu qədərdir. Ancaq bunun qarşısını almağa çalışırıq. Mümkün qədər künc zərbəsi yaratmamağa çalışırıq. Bu gün mən deyim ki, boyu 190 sm boyu olan 4 müdafiəçi gətirəcəm, bu o demək deyil ki, yüz faiz künc zərbəsindən qol buraxmayacağıq
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında
"Milan" hücumçu transfer etdi
Mbappe basketbolçu olmaq istədi, NBA-dan bu cavabı aldı
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı
Azərbaycan çempionatına yekun vuruldu
“D Liqasını bizim milliyə yaraşdırmıram" - Aydın Bayramov
Son 7 oyunun hamısında qələbə qazanıblar
Ronaldo Kazemironu inandırdı
"Barselona" Fliklə yeni müqavilə imzaladı
Yayda "Mançester Siti"dən ayrılacaq
Kosovo - Türkiyə oyunu bu kanallarda
Almaniyaya məğlubiyyətdən sonra istefaya göndərildi
Simeone nəvəsi ilə fotosunu paylaşdı - Şəkil
Almaniya millisi Qanaya qalib gəldi
FİFA AFFA-ya təşəkkür etdi
Azərbaycan millisinin dramatik qələbəsi - Video
İran idmançıları bəzi ölkələrə gedə bilməyəcək
Azərbaycan millisinə mükafat təqdim olundu - Video
Azərbaycan millisi FİFA seriyasının qalibi oldu