“Xəzər Lənkəran”ın aparıcı futbolçularından olan Ruslan Poladov “Bakı” ilə vacib matç öncəsi Qol.Az-a müsahibə verib.
- Ruslan, “Bak
ı” ilə oyunun hazırlığı necə gedir?- Hər şey qaydas
ındadır. Oyuna tam ciddi, məsuliyyətlə hazırlaşırıq.- Çərşənbə günü “zolaql
ılar”la 1:1 oynadınız. Halbuki rəqibinizi evdə qəbul edirdiniz. Səncə, qələbə qazanmağınıza nə mane oldu?-
İlk hissədə heç nədən qapımızdan qol buraxdıq. “Bakı” da elə komandadır ki, qol vurduğu təqdirdə onlara qarşı oynamaq bir qədər də çətinləşir. Lakin buna baxmayaraq, biz ruhdan düşmədik və rəqib qapısına hücumları daha da artırdıq. Nəticədə ikinci hissənin əvvəlində hesabı bərabərləşdirə bildik. İkinci qolu vurmaq üçün kifayət qədər vaxt da var idi. Real imkanlarımız da oldu. Yəni son ana qədər qələbə üçün mübarizə apardıq. Amma bu, ikinci qolu vurmaq üçün yetərli olmadı.- Hacıyevskinin dövründəki “Bakı” ilə Bülənt Qorxmazın rəhbərlik etdiyi “Bakı” arasında hansı fərqləri gördün?
- Vallah, qarş
ılaşmanın gedişində məni ancaq və ancaq “Xəzər Lənkəran”ın oyunu düşündürürdü. Odur ki, “Bakı”nın oyunu haqda düşünməyə nə vaxtım oldu, nə də imkanım.- Bazar günü yenidən “Bak
ı” ilə üz-üzə gələcəksiniz. Bu dəfə səfərdə. Təkrar qarşılaşma haqqında nə düşünürsən?- Bu oyundan ancaq qələbə gözləyirik. Bizim üçün ev-səfər anlayışı yoxdur. Çünki bir çox qazanılması gərəkən oyunda vacib xallar itirmişik. Odur ki, kiminlə harada oynamağımızdan asılı olmayaraq, bütün matçlara qələbə üçün çıxacağıq.
- Amma ayd
ın məsələdir ki, hazırda “altılıq”dan kənar qalan “Bakı”nın qələbəyə sizdən daha şiddətli ehtiyacı var və bu üzdən meydançada son güclərinə qədər vuruşacaqlar. Bu, sizin lehinizə olacaq yoxsa, əleyhinizə?- Bilirsiniz, qələbə bizə ən az
ı “Bakı” qədər lazımdır. Odur ki, bizim qələbə istəyimiz heç də «Bakı»nın istəyindən az olmayacaq. Nə olsun ki, biz indi “altılıq”dayıq, amma “Bakı” yox. Bir oyunla “altılıq” məsələsi həll olunmur. Odur ki, ikinci dövrədə təkcə “Bakı” ilə oyunu yox, bütün 11 qarşılaşmanın hamısını düşünürük.- Azarkeş amilinə toxunsaq, sizin özünüzü səfərdə hiss etməyəcəyinizi söyləyə bilərik. Çünki “Bak
ı”nın azarkeş ordusu yoxdur. Amma lənkəranlı fanatlar hətta bütün səfər oyunlarında belə komandalarını yalnız buraxmırlar.- Mən burdan bütün “Xəzər Lənkəran” azarkeşlərinə öz minnətdarl
ığımı bildirirəm. Həqiqətən də onlar Azərbaycanın ən güclü azarkeşləridir. Sizin dediyiniz kimi, bütün səfər oyunlarımızda da bizim yanımızda olurlar. Düzdür, “Bakı” ilə ilk oyunda onları qələbə ilə sevindirə bilmədik. İnşallah, bazar günü bunun əvəzini artıqlaması ilə çıxarıq.- Sənə elə gəlmir, son vaxtlar “Xəzər Lənkəran” haradasa əvvəlki əzəmətini itirib?
- Nə deyə bilərəm? Bilirsiniz, ümumiyyətlə son vaxtlar “Xəzər Lənkəran”a kənardan çox basqı var. Həm mediadan, həm də digər tərəflərdən. Amma biz tezliklə öz oyunumuzla sübut edəcəyik ki, “Xəzər Lənkəran” elə “Xəzər Lənkəran”dır. Bir də, cari mövsümdə tez-tez yaranan fasilələr də əleyhimizə işlədi. Belə olan halda oyun praktikasını da itirirsən. Məsələn, son vaxtlar bu fasilələr qurtarır və bəzən 3-4 gündən bir oyuna çıxırsan. Bu, çox yaxşıdır, futbolçular oyun praktikası baxımından korluq çəkmirlər. Bir də qarşıda qış fasiləsi var. İnanıram ki, həmin qış fasləsindən də səmərəli istifadə edəcəyik və növbəti ildən daha da güclü olacağıq. Bizim məqsədimiz çempion adını qazanmaqdır.
- Necə düşünürsən, bunu bacara biləcəksiniz?
- Dediyim kimi, əgər qış fasiləsindən maksumum yararlanıb əla hazırlıq keçsək, niyə də bacarmayaq? Bir sözlə, hər şey özümüzdən asılıdır. Mümkün olmayan heç nə yoxdur.
- “Xəzər Lənkəran” azarkeşləri də son vaxtlar öz sevimli komandalar
ından küsüblər. Yəqin oyunlar zamanı özün də görürsən ki, çox vaxt onlar tribunaları tam olaraq doldurmurlar. Bunun səbəbini nədə görürsən?- Azarkeş o demək deyil ki, yaxş
ı gündə komandanı dəstəkləyir, pis gündə stadiona gəlmir. Əsl azarkeş hər an sevimli komandasının yanında olmalıdır. Elə bilirsiniz, xal itkisi tək onlara təsir edir? Ən azı onlar qədər bizə də təsir edir. Odur ki, azarkeş hər an komandasının yanında olmalıdır. Məsələn, “Atletiko” Madrid Çempionlar Liqasında da özünü ən yaxşı tərəfdən göstərən komandalardandır. Amma son vaxtlar daxili çempionatda zəif oynayır və hətta audsayderlər sırasına düşüb. Lakin azarkeşləri onları atmayıblar.- “Alt
ılıq” sisteminin tətbiqi də birmənalı qarşılanmadı. Xüsusən sona 3-4 tur qalmış ilk “altılığ”ı təmin edən komandalarla oraya düşmək şansı olmayan komandaların görüşündə heç bir gərginlik olmayacaq.- Əlbəttə, yaxş
ı olardı ki, komandaların sayı daha çox olardı və çempionat da dairəvi sistem üzrə keçiriləydi. Amma bu olmadığına görə “altılıq” sistemi tətbiq edildi. Burada əsas məqsəd oyunların sayını çoxaltmaqdır ki, futbolçular mövsüm ərzində daha çox oyun keçirsinlər. Digər tərəfdən, ilk olaraq “altılığ”a düşmək üçün xallar toplamalısan. Bu xalları toplamasan necə buraya düşəcəksən? Odur ki, bütün oyunlar gərgin olacaq.- Amma məsələnin başqa tərəfi də var. Bilirsən ki, “alt
ılığ”ın oyunları zamanı orada qərarlaşan komandaların yalnız öz aralarında qazandıqları xallar hesaba alınacaq. Eyni söz 7-12-ci yerlər haqqında da keçərlidir. Bir anlıq təsəvvür edək ki, sona 3 tur qalmış deyək ki, “altılığ”ı təmin etmiş “Xəzər Lənkəran” buraya düşməyə heç bir şansı olmayan “Standard”la oynayır. Yəni hər iki tərəf düşünəcək ki, bu oyundan götürülən xal onsuz heç bir işə yaramayacaq. Səncə, o zaman hansı maraqlı, gərgin mübarizədən söhbət gedə bilər?- Kim necə düşünür düşünsün. Şəxsən mənim üçün belə şeylərin əhəmiyyəti yodur. Birdə bilirsiniz, ortada imic söhbəti də var ax
ı. Odur ki, komandalar oyunun əhəmiyyətindən asılı olmayaraq meydana qələbə qazanmaq üçün çıxacaqlar.18 ildən sonra
Jardim istefa verdi
2-ci liqada 3 oyun
“Sumqayıt” 7 dəqiqədə 2 qol vurdu - Video
Zədəli Çalhanoğlu komandası üçün meydana çıxacaq
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı
Kukurelya La Liqaya qayıda bilər
"Qalatasaray" 3 futbolçusu ilə yollarını ayırır
İbrahimoviçdən Olimpiya mesajı gəldi
“İmişli” - “Karvan-Yevlax” matçından - Video
"Bavariya"nın kapitanı sıradan çıxdı
Komanda ardıcıl uduzdu, baş məşqçi istefaya göndərildi
"Neftçi" - "Sumqayıt": Heyətlər
Tanınmış futbolçu təyyarədə kobudluq etdi - Video
Saatlıda 5, Şəmkirdə 1 qol, Lökbatanda oyun baş tutmadı
"Bavariya" Noyeri itirdi
"Matçın ədalətli nəticəsi bərabərlik idi" - Füzuli Məmmədov
"Milan"da yeni müqavilə
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
"Sumqayıt"ın legioneri milliyə çağırıldı
"İmişli" - "Karvan Yevlax": Heyətlər
"Qarabağ" qışda yeni transferlər edəcək? - Açıqlama
"Biz yıxılarıq, durarıq, amma sınmarıq" - Qurban Qurbanov
"Liverpul" danışıqlara başladı
Qurban Qurbanova ilin məşqçisi mükafatı təqdim edilib
Messinin rekordunu qırdı
Azərbaycan çempionatlarında tarixi oyun
Zubirin yubiley oyunu