"Krasnodar"ın baş məşqçisi Oleq Kononov Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Qəbələ" ilə oyunöncəsi jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Kononov "Qəbələ"də səviyyəli legionerlərin olduğuna diqqət çəkib.
- "Qəbələ" ilə doğma meydanda oynayacağıq. Qrupdan çıxmaq istəyiriksə, evdəki bütün oyunlarda qalib gəlməliyik. "Qəbələ"nin son oyunlarda göstərdiyi nəticələr çox şeydən xəbər verir. Onların qrup mərhələsində PAOK-la oyunlarının videoyazısını izlədim. Yunanların hər hansı üstünlüyünü görmədim.
- Oyunöncəsi hansısa köklü dəyişikliklə olacaq?
- Köklü dəyikşiklik olmayacaq. Yalnız bizim üçün uğursuz olanı dəyişəcəyik. Oyumuzda müəyyən dəyişiklik edəcəyik. Ancaq hücum futbolu oynamaq istəyirik və bundan qaçmamalıyıq.
- "Qəbələ"də hansı futbolçuları tanıyırsınız?
- İlk növbədə Floreskunu deyə bilərəm. Eləcə də, "Karpat"da çalışdığım Sergey Zenyovu da qeyd etməliyəm. Zenyov hazırda "Qəbələ"də yaxşı oynayır və ona xüsusi diqqət yetirmək lazımdır. Məşqçi kimi Ukraynada keçirdiyim oyunlardan Aleksey Antonov, Aleksey Qay və başqaları mənə tanışdır. Ümumiyyətlə, dediyim kimi "Qəbələ"də səviyyəli legionerlər çıxış edir.
- Siz, komandanızın bu oyuna pik formada çıxacağını söyləmişdiniz. Hazırda komandanı pik formada saymaq olar?
- Saymaq olar. Komandada dəyişiklikləri görürəm. Futbolçularla hər gün çalışıram. Mənim üçün əsas olan komandanın nəticə qazanmasıdır.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"