Məşhur bir səhnəcikdə vaxtı ilə deyilirdi: “Futbol bir dünyadır, amma o dünyada Azərbaycana yer yoxdur..."
Həmin vaxt dillər əzbəri olan bu fikir indi yalnız kinayə ilə qarşılana bilər. Çünki nəhayət Azərbaycanda futbol sözün əsl mənasında inkişaf yoluna qədəm qoyub. Onu da əminliklə demək olar ki, ölkəmizdə futbol ruhunun yaradılmasında, bəli, məhz yaradılmasında Qurban Qurbanov və onun baş məşqçisi olduğu “Qarabağ” klubunun müstəsna xidmətləri var. Son 5 il ərzində məhz bu klub azarkeşləri futbolda qələbəyə, özü də əzmkar qələbəyə öyrəşdirdi. Nüfuzlu, Avropada söz sahibi olan komandalarla bərabər səviyyə nümayiş etdirmək, digər klublarımız kimi 60 deyil, 90 dəqiqə mübarizə aparmaq, nəyin bahasına olursa-olsun qələbə qazanmaq istəyini ilk dəfə məhz “Qarabağ”ın ifasında gördü azarkeşlərimiz. Düzdür “Qarabağ” Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan ilk klubumuz deyil. Amma Avropada adından bəhs etdirməyi bacaran ilk Azərbaycan klubudur. Adlı-sanlı rəqibləri ilə başabaş mübarizə aparan, hətta “İnter” (İtaliya) kimi futbol nəhəngi ilə qarşılaşmada qələbəsi əlindən qəsdən alınan ilk klubumuz da məhz “Qarabağ”dır (bu klub da sanki elə eyniadlı torpağın taleyini yaşayır...)
İngilislərə ilk zərbə...
Bu il Avroliqada ilk matçında Londonda“Tottenhem”lə qarşılaşan “Qarabağ” məğlub olsa da, oyunun əvvəlində, cəmi 6-cı dəqiqədə Almeydanın qolu ilə Londonun "White Hart Lane" stadionunu sükuta qərq etdi... Sürətli futbolu ilə fərqlənən ingilis futbolçularına qarşı 90 dəqiqə layiqli müqavimət göstərən klubumuz orda da böyük rəğbət qazandı. “Tottenhem” klubunun baş məşqçisi "Qarabağ"ın yaxşı mübarizə apardığını xüsusi vurğuladı: “"Qarabağ" yaxşı komandadır. Bu komanda gözəl oyun fəlsəfəsinə malikdir. Rəqib bu gün çox yaxşı oynadı. Qalib gəldiyimiz üçün şadam”
İngiltərə mətbuatı isə “Qarabağ” vətən üçün mübarizə aparırmış kimi vuruşur” deyərək təmsilçimizin əzmkarlığını qiymətləndirdi.”Qarabağ” həm də ingilis klubları ilə qarşılaşan ilk Azərbaycan klubu kimi tarixə düşdü.
12-ci oyunçu...
“Qarabağ” Azərbaycanda həm də azarkeş mədəniyyətinin formalaşmasına səbəb oldu. “İmarət” adlı fan klub elə komandanın özü qədər fərqli və özünəməxsus bir təşkilatlanma forması ilə seçildi. İndi rahatlıqla yaşından, cinsindən asılı olmayaraq hər kəs arenalara gəlir, futboldan zövq alır. “İmarət” adlı fan klubun yaradılması ilə kifayətlənməyən Qarabağsevərlər xanımlardan ibarət yeni bir fan klubu da (Fan Club - Ladies of "Qarabağ" FC) ərsəyə gətirməklə komandanın ilklər seriyasını uğurla davam etdirmiş oldu.
“Qarabağ” həm də Qarabağdır...
Dəfələrlə hər birimiz şahidi olmuşuq ki, Avropanın yaşıl meydanlarında mübarizə apararkən, əcnəbi idman şərhçiləri, jurnalistlər vurğulayıblar ki: “Qarabağ” futbol klubu Azərbaycanın Ağdam şəhərini təmsil edir və həmin şəhər hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altındadır” Təkcə bu fakt göstərir ki, “Qarabağ” sərhədləri sözün hər iki mənasında keçir – həm coğrafi, həm də elə siyasi ...
Və unutmayaq - “Qarabağ” azarkeşləri futbola qaytardığı kimi, biz də Qarabağı Azərbaycana qaytarmağa borcluyuq...
Elnur NİFTƏLİYEV,
dailykarabakh.com
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında
"Milan" hücumçu transfer etdi
Mbappe basketbolçu olmaq istədi, NBA-dan bu cavabı aldı
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı
Azərbaycan çempionatına yekun vuruldu
“D Liqasını bizim milliyə yaraşdırmıram" - Aydın Bayramov
Son 7 oyunun hamısında qələbə qazanıblar
Ronaldo Kazemironu inandırdı
"Barselona" Fliklə yeni müqavilə imzaladı
Yayda "Mançester Siti"dən ayrılacaq
Kosovo - Türkiyə oyunu bu kanallarda
Almaniyaya məğlubiyyətdən sonra istefaya göndərildi
Simeone nəvəsi ilə fotosunu paylaşdı - Şəkil
Almaniya millisi Qanaya qalib gəldi
FİFA AFFA-ya təşəkkür etdi
Azərbaycan millisinin dramatik qələbəsi - Video
İran idmançıları bəzi ölkələrə gedə bilməyəcək