"CBC Sport" telekanalında yayımlanacaq nüfuzlu beynəlxalq yarışların siyahısı açıqlanıb.
Qol.Az-ın "Report.az"a istinadən verdiyi məlumata görə, bu barədə telekanalın baş direktoru İlham Rüstəmov məlumat verib.
Onun sözlərinə görə, futbol çempionatlarından İtaliya və Braziliya A seriyası, Hollandiya Erediviziyası, Rusiya və Ukrayna Premyer Liqası, Türkiyə kuboku və Superkubokunun oyunları ekranlara gətiriləcək. İngiltərə, Almaniya və İspaniya çempionatlarının oyunlarından isə ən maraqlı görüntülər efirə veriləcək.
Digər idman növlərinə də yer ayıracaq "CBC Sport" ATP və WTA seriyalı bütün tennis turnirlərini, o cümlədən, "Böyük dəbilqə" yarışlarını, Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatlarını, voleybol üzrə Türkiyə Superliqasının oyunlarını nümayiş etdirəcək.
Qeyd edək ki, "CBC Sport"un yayıma oktyabrın 1-dən başlaması nəzərdə tutulub.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı