Levandovski yenidən diqqət mərkəzində (FOTO)

Levandovski yenidən diqqət mərkəzində (FOTO)
XƏBƏR 27 Sentyabr 2015 / 13:24 10985
-  A +

Almaniya Bundesliqasında ən tez "het trik” və "penta trik” edən (9 dəqiqəyə 5 qol) futbolçu kimi tarixə düşən “Bavariya”nın futbolçusu Robert Levandovski daha bir uğurlu göstərici ilə yadda qalıb.

Qol.Az-ın məlumatına görə,  “Mainz”lə oyunda dubl edən polşalı hücumçunun  Bundesliqadakı  qol sayı 100-ü keçib.

“Mainz”lə oyuna qədər 99 dəfə fərqlənən  futbolçu  100-cü qolu üçün hazırlanmş xüsusi  maykanı azarkeşlərə nümayiş etdirib.

Qeyd edək ki, Levandovski bundesliqadakı 101 qolun  74-nü Dortmund  "Borussiya”sında  27-ni isə "Bavariya”da vurub.


Son xəbərlər