Azərbaycan idmançılarının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlığı üçün proqnozlaşdırılan vəsait açıqlanıb.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun "Report"a verdiyi məlumata görə, Nazirlər Kabinetindən bu məqsədlə 8 milyon manat vəsaitin ayrılacağı gözlənilir.
Vəsaitin gələn ilin yanvar ayınadək köçürülməsi nəzərdə tutulub. Nazirliyin illik xərclərinə gəldikdə, M.Rəhimov bu rəqəmin 10 milyon manat civarında olacağının ehtimal edildiyini açıqlayıb: "Biz olimpiadaya hazırlığı da nəzərə almaqla, illik xərclərimizi hökumətə təqdim etdik. Ümumilikdə 18-19 milyon vəsaitə ehtiyac duyulduğunu bildirmişdik. Hazırda təklifə Nazirlər Kabinetində baxılır və olimpiadaya hazırlığa 8 milyon manat ayrılacağı gözlənilir. Qalan vəsait isə illik xərclərimiz üçündür".
Nazirlik rəsmisi bildirib ki, illik xərclərə futbol və voleybol istisna olmaqla, bütün komanda və fərdi növlər üzrə yeniyetmələr, gənclər, böyüklərdən ibarət yığma komandaların təlim-məşq toplanışları, eləcə də rəsmi beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında iştirakları və sair daxildir.
Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hələlik 20 lisenziya qazanıb. Vəsiqələr güləş (11), kayak və kanoe (3), atletika (2), bədii gimnastika (1), akademik avarçəkmə (1), kanoe-slalom (1) və boks (1) növlərində əldə olunub. Olimpiada gələn il avqustun 5-dən 21-dək davam edəcək.
"Şamaxı"da 8-ci ayrılıq
Haaland hamını geridə qoydu
"Barselona"nın yetirməsi klubdan gedə bilər
Neymar DÇ-2026-ya qədər meydana çıxmayacaq
Panama millisinin DÇ-2026 üçün yekun heyəti
İkardi vətəninə qayıdır?
Premyer Liqada heç bir matçı buraxmadı
İtaliya A Seriyasında antirekorda imza atdı
"Turan Tovuz"un futbolçusu dünya çempionatına yollanır
Baş məşqçidən sonra onlar da klubdan getdi
"Sabah" qapıçısı ilə müqaviləni yenilədi
"Trabzonspor" Şimanskini transfer edə bilər
"Çelsi" futbolçusundan narazıdır
Millini DÇ-2026-ya aparan qol belə əbədiləşdirildi - Şəkil
Mövsümün ən çox izlənən matçı
"Səbail"in məşqçisinə və futbolçularına cəza
"Borussiya" Türkiyə millisinin üzvünü göndərdi
"Şamaxı" 5 futbolçu ilə vidalaşdı
"Neftçi"dən 3 futbolçu getdi - Abubakar da var
“Sabah” onunla müqaviləni uzatmadı
"Sevilya"dan getdi
“Araz-Naxçıvan” Demçenko ilə yolları ayırdı
"Neftçi"nin futbolçusunun cəzası məlum oldu
Azərbaycan qadın millisinin heyəti açıqlandı
"Sabah"ın futbolçusu DÇ-2026 üçün geniş heyətdə