"Qarabağ”ın və 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Əfran İsmayılovun müsahibəsi
- Əfran, qol vuracağını gözləyirdin?
- Təbii ki, qapıya zərbə vurmuşdumsa, buna ümid edirdim. Sol ayağım işlək olmasa da, şansımdan yararlanmaq istədim.
- Maraqlıdı ki, həm sən, həm də komanda yoldaşların dəfələrlə uzaqdan zərbələrdən istifadə etməyə çalışırdı.
- Hə, düzdü. Oyundan qabaq Qurban müəllim bu barədə bizə demişdi. “Olimpik-Şüvəlan”ın çox sıx oynadığını və buna görə mümkün qədər çox zərbə vurmağımızı istədi. Oyun göstərdi ki, Qurban müəllim düz deyir. Düzdü, Rəşad, Vaqif, Vüqar və mən çox zərbə vurduq. Nəhayət zərbəm alındı.
- “Muğan”la oyunda da qol vurmuşdun.
- Hə. Vaqifin olmaması səbəbindən həmin oyunda cərimə zərbəsini mən vurdum. Şansımdan istifadə etdim.
- Qol vurmağı sevirsən?
- Bunu kim sevmir ki?
- Yarımmüdafiədə oynayırsan. Dedik bəlkə ötürmə verməkdən daha çox zövq alırsan.
- Ötürmənin də ayrı yeri var. Amma əsas odu ki, komanda qələbə qazansın. O zaman, hər şey çox fərqli olur. Belə desək, qol da, ötürmə də adama daha şirin gəlir o zaman.
- Yeri gəlmişkən, daha çox mərkəzdə oynadığını görsək də, sağ cinahda möhkəmlənmisən.
- Hə. Bu, Qurban müəllimin istəyidir. Mənə dedi ki, “şoçka”n (ayağının içi) güclüdü. Sürətimin və zərbələrimin güclü olduğu söyləyib, mənim cinahda daha yaxşı oynayacağımı bildirdi. Mən də razılaşdım. Zaman göstərdi ki, baş məşqçimiz uzaqgörənlik edib.
- Millidə isə ortada oynayırsan.
- Düzdü, millidə işlərimiz heç də yaxşı getmir. “Qarabağ”da elədi ki, hamı bir-birini gözyumulu başa düşür. Ona görə işimiz asandı. Millidə isə biri gəlir, o biri gedir. İnşallah, tezliklə uğursuzluq sindromundan çıxacağımıza inanıram. Milli komanda hamımız üçün bir stimul olmalıdır.
- Bəs əsas komandada oynamaq istəmirsən?
- Niyə də yox. Komanda yoldaşım Maksimin bir sözü var. Deyir, milliyə o vaxt getmək istərdim ki, orda daim oynayım. Əlbəttə, özümə inanıram. Hər zaman çağırışı qəbul etməyə hazıram. Nəzərə alsaq ki, millidə çoxlu “Qarabağ”lı var, mənim üçün çox rahat olar.
- Əfran, maraqlıdı ki, “Qarabağ”da hər kəs səndən 4-5 il sonra partlayış gözləyirdi. Lakin, sən bu il ümidləri doğrultdun.
- Bilirəm. Hamı mənə deyirdi ki, Əfran sən oynamalısan. Nə bilim. “Turan”da 6 ay oynamağımın mənə çox xeyri dəydi. Mənə inandılar. Təkrar döndüyümdə isə özüməinamım yerindəydi.
- Yayda səni sıralarına qatmaq istəyən klublar çox idi?
- Hə. Hətta klubuma da pul qazandıra bilərdim. Amma Qurban müəllim mənim başqa kluba transfer xəbərini yaxına belə buraxmadı.
- Peşman deyilsən ki?
- Əsla. Mən özüm də getmək istəmirdim onsuz da. Gənc futbolçu üçün stabillik çox önəmlidi. Etiraf edim ki, Qurban müəllimin səbri və düzgün yanaşması olmasaydı, bəlkə tamamilə ümidimi üzmüşdüm.
- “Qarabağ”da səni hər şey qane edir?
- Yüz faiz. Mənim üçün heç vaxt pul birinci dərəcəli olmayıb. Bilirəm ki, oynasam, pul öz-özünə gələcək. “Qarabağ”da elə bir kollektiv var ki, böyük-kiçik öz yerində, mehribançılıq da öz yerində. Hamı bir-biri üçün can yandırır. Bizim komanda nəinki “Qarabağ”ın eyni zamanda Azərbaycan futbolunun "qızıl" nəslidir.
- Gələcək karyeran barədə nə fikirləşirsən?
- İlk növbədə “Qarabağ”da möhkəmlənmək, sonra isə Avropaya çıxmaq istəyirəm. Təbii ki, Azərbaycanda “Qarabağ”dan başqa komandada oynamağı düşünmürəm. Amma futbolçu ömrümün sonuna qədər də ölkədə qalmağı düşünmürəm.
Mənbə: "Qarabağ"ın rəsmi internet saytı
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video