«Xəzər Lənkəran» klubunun baş məşqçisi Ağasəlim Mircavadov sabah «Bakı»ya qarşı birinci turdan təxirə salınmış oyun ərəfəsində Qol.Az-a müsahibə verib.
-Ağasəlim müəllim, matçın hazırlıqları necə keçir?
-Normal, həmişəki qaydada matça hazırlaşırıq.
-Sabah qalib gələcəyiniz təqdirdə 21 xalla turnir cədvəlinin dördüncü pilləsinə yüksələcəksiniz. Bu amil komandanı xüsusi motivasiya edirmi?
-Bilirsiniz, əslində motivasiya həmişə var. Hər oyuna xüsusi rejimdə hazırlaşırıq. Oyun sistemimiz tamamilə dəyişdi. Bu sistemin yerində oturması üçün bir qədər zamana ehtiyac var idi. Belə çətin oyunlar komandanın nəyə qadir olduğunu aşkara çıxarır. Səhvlərimizi görürük və sonradan bunun üzərində işləyirik. Demək istəyirəm ki, bu oyunun əhəmiyyəti bizim üçün çox böyükdür.
-Belə başa düşdük ki, oyunun ağır keçəcəyini düşünürsünüz...
-Əlbəttə. Ümumiyyətlə, indi asan oyun keçmir. Çempionatda komandalar bizə qarşı ayrıca əzmkarlıqla çıxış edirlər. Bunun özü sevindirici haldır ki, bizi rəqib olaraq sayırlar
-Tam rahatlıqla söyləmək olarmı ki, artıq “Xəzər Lənkəran” ilk “altılıq”da özünə yer tapa bilib?
-Xeyr, bu səhv fikirdir. İnanın, hələ çətin oyunlar arxadadı. Bunu qarşıdakı oyunlar göstərəcək.
-Rəqibiniz “Bakı” klubunu necə xarakterizə edərdiniz?
-“Bakı”da bildiyiniz kimi dəyişiklər oldu. Komandaya yeni baş məşqçi gətirildi. Səviyyəli oyunçuları var. Yaxşı inkişaf etmiş klubdur. Ümumiyyətlə, “Xəzər Lənkəran”, “Bakı”, “İnter”, “Simurq”, “Qəbələ” bu klublar infrastrukdur baxımından çox inkişaf ediblər. Unutmaq lazım deyil ki, “Bakı” son Azərbaycan çempionudur. Turnir cədvəlində tutduqları yerə baxmayaraq, “Bakı” çox güclüdür.
- Ümumiyyətlə, “Bakı” klubunda elə bir futbolçu varmı ki, ona qarşı xüsusi nəzarət olacaq?
- Biz oyunlarda hər oyunçunu nəzarətdə saxlayırıq. Hansısa oyunçunu fərqləndirmək istəməzdim. Futbol elə bir oyundur ki, burda mübarizə və nəzarət olmasa, məğlubiyyət qaçılmazdır.
-“Xəzər Lənkəran” həmişə öz çılğın azarkeşləri ilə fərqlənib. Sabahkı oyunda azarkeşlərə sözünüz nədir?
- Biz “Xəzər Lənkəran” azarkeşləriylə nəfəs alırıq. Onlara böyük hörmətimiz var. Bizimlə sıx əlaqədə olurlar. Məşqlərimizi izləməyə gəlirlər, futbolçularla görüşürlər. Qısası, əsl azarkeşlərdir. Azarkeş olmaq o məna vermir ki, gəlib stadionda 2 saat oturdun və çıxdın getdin. Azarkeş daimi olaraq komandayla maraqlanmalıdır.
-
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video