“Qarabağ”ın direktoru Əmrah Çəlikəl Qol.Az saytına müsahibə verib.
-Əmrah bəy, ilk olaraq “Olimpik-Şüvəlan” üzərindəki son qələbə münasibətilə sizi təbrik edirik. Öncə bu oyundan başlayaq…
-Təbrik üçün təşəkkür edirəm. Gərgin oyun oldu. Lakin komandamız çox nizam-intizamlı oynadı. Qələbə üçün də ən əsas tələb olunan dediyim bu amildir. Bunun da nəticəsində qələbə qazandıq və qarşımıza qoyduğumuz məqsədə nail olduq.
-Komandanızın vurduğu qələbə qolu da yetərincə gözəl və baxımlı alındı. Bu qol haqqında nə deyə bilərsiniz?
-Həqiqətən də çox baxımlı bir qol alındı. Mən deyərdim ki, Əfranın vurduğu bu qol çempionatın ən yaxşı qollarından biri olacaq.
-Əfranın gənc və təcrübəsiz futbolçu olduğunu nəzərə alsaq, bu cür həlledici məqamda oyunu üzərinə götürüb gözəl qola imza atması sizin üçün gözlənilməz olmadı ki?
-Əfran gənc, lakin çox perspektivli futbolçudur. Deməzdim ki, o qədər də gözlənilməz oldu. Çünki o, “Turan”
-Necə düşünürsünüz, İsmayılov ölkənin əsas millisində oynamağa hazırdır?
-Bu sual artıq birbaşa millinin baş məşqçisinə ünvanlanmalı olan sualdır. Biz öz fikrimizi söyləyə bilərik, amma, milli komandaya futbolçu seçimində əsas söz sahibi baş məşqçidir.
-“Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışının ardından bu klubun futbolçularına olan maraq da artdı. Öncə Berti Foqts birdən-birə 7-8 futbolçunuzu milli komandaya dəvət etdi. Ardınca bir neçə futbolçunuz xarici klubların maraq dairəsinə düşdü. Bu gedişlə “Qarabağ”ın oyunçularının müştəriləri daha da arta bilər. Bu sizi narahat eləmir ki?
-Bu barədə futbolçularımızla da söhbətlərimiz olub. Biz həmişə bunun tərəfdarı olmuşuq ki, onlar ilk növbədə maddiyatı yox, öz gələcək karyeralarını düşünsünlər. “Qarabağ” klubu olaraq həmişə onu tərəfdarıyıq ki, bizim futbolçularımız daha güclü və daha səviyyəli çempionatlarda oynasınlar. Bunun üçün klub tərəfindən lazım olan hər bir köməkliyi də etməyə hazırıq. Elə bizim məqsədimiz də budur. Qurban Qurbanov həqiqətən çox gözəl bir kollektiv yaradıb. Sadəcə, mənim digər yerli klub rəhbərlərindən xahişim odur ki, bizim futbolçuların xidmətində maraqlıdırlarsa, bu barədə birbaşa bizim özümüzə müraciət etsinlər. Gizlində futbolçularımızla danışıqlar aparmasınlar.
-Yeri gəlmişkən, elə bu barədə sizə sual verməyə hazırlaşırdıq. Bizdə də olan məlumata görə, bir neçə iddialı yerli klublarımız sizdən xəbərsiz “Qarabağ”ın futbolçuları ilə danışıq aparır. Demək bu haqda artıq sizin də məlumatınız var?
-Bəli, bu haqda bizdə də informasiya var. Elə futbolçularımızın özləri gəlib bizə deyirlər ki, “bəs filan klubdan zəng edib mənim onlara keçidimlə bağlı danışmaq istəyirlər”. Bu, centlmenliklə bir araya sığmır. Həqiqətən də, başqa klubların futbolçularımızla gizli danışıq aparmasına üzülürük. Söhbət işin maddi tərəfindən getmir. Amma bu cür söhbəti birbaşa klub rəhbərliyi ilə edərlər, xəlvətdə futbolçu ilə yox. Bilirsiniz, futbolçu gəncdir, ona böyük məbləğdə pul təklif edəndə şirnikləşir və ağlını itirir.
-İndi keçək konkret futbolçularla bağlı olan suallarımıza. Deyilənə görə, “Tvente” Rəşad Sadiqovla da ciddi maraqlanır və onu heyətinə qatmaq istəyir. Futbolçu özü də verdiyi açıqlamasında bunu təkzib etməyib.
-Konkret bu suala belə cavab verim ki, hələ indiyə kimi hansısa futbolçumuzla bağlı klubumuza rəsmi təklif gəlməyib. Amma bizim də məlumatımız var ki, “Tvente” bir neçə futbolçumuzun oyununu bəyənir. Elə bizimlə oyundan sonra onların baş məşqçisi Stiv Maklaren də Vaqif Cavadov və Rəşad Sadiqovun oyununu çox bəyəndiyini demişdi. Bilirsiniz ki, biz “Tvente” klubu ilə əməkdaşlıq edirik və bu məqsədlə Hollandiyada da olmuşduq. Yaxın vaxtlarda isə onlar Azərbaycana gələcəklər və klubumuzun bazası, infrastrukturu, şəraiti ilə yaxından
-Bəlkə qış transfer pəncərəsi açıldıqdan sonra rəsmi təklif gələcək?
-Ola bilər, mən bunu istisna eləmirəm.
-Rəşad Sadıqovun durumu necədir?
-Şükür Allaha yaxşıdır və ikinci dövrədən etibarən oynamağa başlayacaq.
-“Qarabağ” hazırda çox əla formadadır və təsadüfi deyil ki, çempionatın şərikli lideridir. Komandanızın çempion olmaq şansı da var. Amma digər tərəfdən də futbolçularınıza gələn təkliflərin sayı artmaqdadır. Qorxmursunuz ki, mövsüm başa çatanda onlar daha sərfəli təklifləri qəbul edib klubu tərk etsinlər və avrokuboklar öncəsi tamam yeni komanda qurmaq məcburiyyətində qalasınız?
-Bu cür strateji məsələlərdə biz hər şeyi öncədən fikirləşib nəzərə alırıq və işimizi də buna görə qururuq. Ona görə də nə vaxtsa çıxılmaz vəziyyətlə üz-üzə qalacağımıza inanmıram.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
Əliyar Ağayev bu dəfə 1-ci liqada
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?