AFFA-nın prezidenti Rövnəq Abdullayev “Qarabağ” və “Qəbələ” klublarının UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı fikirlərini bildirib.
Qol.Az-ın məlumatına görə, AFFA-nın saytına danışan R.Abdullayev klublarımızı bu uğur münasibəti ilə təbrik edib:
“Avropa Liqasında çıxış edən hər iki təmsilçimizin – “Qarabağ” və “Qəbələ” klublarının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun tarixində yeni və ümid edirəm ki, davamlı və uğurlu olacaq bir mərhələnin başlanğıcını qoydu. İlk dəfədir ki, bir mövsümdə iki klubumuz qitənin ən nüfuzlu turnirlərindən birinin qrup mərhələsinə yüksəlir. Ölkəmizin futbol ictimaiyyətinə, azarkeşlərə böyük sevinc hissi yaşadan “Qarabağ” və “Qəbələ” klublarını təbrik edir, qarşıdakı oyunlarda qələbə sevinci və qrup mərhələsinin püşkatmasında münasib rəqiblər arzu edirəm”.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov