"Oyundan öncə avrokuboklarda zəif komandanın olmadığını söyləmişdim. Təəssüf ki, "Qəbələ" də bunu təsdiqlədi".
Qol.Az-ın Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Panatinaikos"un baş məşqçisi Yannis Anastasiou "Qəbələ" ilə 2:2 bərabərə qaldıqları görüşdən sonra deyib.
"Qəbələ"nin komandasının buraxdığı səhvləri bağışlamadığını deyən 42 yaşlı mütəxəssis avrokuboklardan kənar qalmalarının onlar üçün acı olduğunu bildirib: "Oyuna yaxşı başladıq. Lakin ilk epizodda qola yaxın olsaq da, hesabı aça bilmədik. Əvəzində rəqib ilk təhlükəli vəziyyətdən fərqləndi. Buna baxmayaraq, bərabərlik qolunu vurmağı bacardıq. Daha sonra hücumların kəsərini artırsaq da, yenə də son zərbələrdə dəqiqlik çatmadı.
Fasilədən sonra daha ağıllı və müəyyən mənada kəşfiyyat xarakterli oyunmağa qərar verdik. Lakin təəssüf ki, rəqib səhvlərimizi bağışlamadı və bizi yenə cəzalandırdı. Çox axmaq qol buraxdıq. Ümumiyyətlə, "Qəbələ"nin 3 qol imkanı oldu ki, bunların da ikisini qola çevirdilər. Daha sonra bərabərlik qolunu vursaq da, qələbə qazana bilmədik. Bizim üçün acı gündür. Çünki qrup mərhələsində oynamaq istəyirdik. Ancaq alınmadı. Buna baxmayaraq, özümüzdə güc tapmalı və növbəti çempionat oyunlarına hazırlaşmalıyıq".
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi
“Milan” Alleqrini istefaya göndərir
Bütün Tovuzun gözlədiyi xəbər - UEFA nümayəndəsi nə dedi?
Kanada millisi DÇ-2026-ya bu heyətlə yollanır
"Real"a keçə bilər
Messi zədələnib?
Aşağı liqaya düşən klub baş məşqçisini göndərir
Yeni klubu Toralı belə təqdim etdi - Video
Toral Bayramov Türkiyə klubuna keçdi - Rəsmi
“Dünya çempionu olmaqla rəqiblərimizi qıcıqlandırmışıq”
Azərbaycan millisi Avropa çempionatına bu heyətlə yollanır
Vəli Qafarov: “Bütün rəqiblərdən təhlükə gözləyirik”
“Qəbələ” - “Mingəçevir” matçı FİFA referisinə tapşırıldı
Konte "Napoli"dən ayrıldı
İspaniya millisinin DÇ-2026 üçün heyəti
Coy Lens Mikels mükafatlandırıldı
"Araz-Naxçıvan"dan Tərlan Əhmədli qərarı
Bombardir "Şamaxı"dan getdi
"Arsenal" Premyer Liqa rekorduna imza atdı
Bombardir və mövsümün ən yaxşı hücumçusu oldu
Sergey Yuranın yeni klubu
Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı