AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev "Qarabağ" və "Qəbələ" klublarının Avropa Liqasının pley-off mərhələsində cavab görüşləri haqda fikirlərini bildirib.
Qol.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, "Neftçi"nin sabiq baş məşqçisi mərhələ keçdikcə çətinliklərin olduğunu deyib: "Komandalar məğlub olur və yüksək mərhələyə ən yaxşılar gəlir. Həm "Qəbələ", həm də "Qarabağ"ın ilk oyunlarına baxmışıq. Hər iki komanda yığışmalı, bütün ciddiyyətini ortaya qoymalıdır".
B.Hacıyev komandaların qrup mərhələsinə vəsiqə qazanmaq şansını dəyərləndirərkən bildirib ki, "Qəbələ" ilə müqayisədə "Qarabağ"ın şansı daha çoxdur: "1:0 hesabı "Qarabağ"ın üstünlüyüdür. Amma burada 0:0 hesabı olmayacaq. Ya "Qarabağ", ya da rəqib qol vuracaq. Oyuna ciddi yanaşılmalıdır. "Qəbələ" də ilk oyunda qol vurmayıb. Onların şansı 50-50-yədir. Futbolda əvəzolunmaz komanda yoxdur".
Məşqçilər Komitəsinin üzvü vaxtilə baş məşqçisi olduğu "Neftçi" haqda isə danışmaq istəməyib. O, məsələni bu cür izah edib: "Mən "Neftçi" haqda danışmağı tərgitmişəm. Çünki o komanda mənə çox yaxın olub və 3 ildə 6 nəticə vermişəm. İndi "Neftçi"ni belə görəndə danışmaq istəmirəm".
B.Hacıyev yenidən "Neftçi"yə qayıdacağını istisna etməyib: "Həyatda hər bir möcüzəyə inanmaq lazımdır. Sabah nə olacağını bilmək olmaz. Orada işləyənlərə uğurlar arzu edirəm".
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov