Cənubi Amerikada işgüzar səfərdə olan “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov və klubun idman direktoru Vəli Qasımov dünən Braziliya komandalarının iştirakı ilə keçirilmiş iki qarşılaşmanı izləyiblər.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, əvvəlcə “Fluminense” və “Vasko da Qama” klublarının 20 yaşadək futbolçulardan ibarət komandalarının oyununu izləyən klubun rəsmiləri, daha sonra A Seriyasının 18-ci turu çərçivəsində keçirilmiş “Flamenqo” - “Atletiko PR” matçına stadiondan baxıblar.
Bununla yanaşı, klub rəsmiləri iki işgüzar görüşdə qarşılıqlı əməkdaşlıq mövzusunda müzakirələr aparıblar.
Qeyd edək ki, 4 qat Braziliya çempionu, ölkə kubokunun qalibi və Libertadores kubokunun finalçısı olmuş “Fluminense” klubunun heyətində dünya şöhrətli futbolçular çıxış edib. Onlardan Fred, Deko, Romario, Branko və Rivelino kimi futbolçuların adlarını çəkmək kifayət edir.
1898-ci ildə yaradılmış “Vasko da Qama” klubu isə daha zəngin tarixi nailiyyətlərə imza atıb. Libertadores kubokunun qalibi olmuş “ağ-qara”lar 4 dəfə ölkə çempionu və 1 dəfə Braziliya kubokunun qalibi adını qazanıblar. Dunqa, Jardel, Tostao, Edmundo, Vava kimi futbolçular məhz bu komandanın formasını geyiniblər.
2005-ci ildə Libertadores kubokunun finalında oynamış “Atletiko” PR bir dəfə Braziliya çempionu olub. Vaxtilə heyətində Kleberson, Jadson, Mişel Bastos kimi futbolçuları cəmləşdirmiş “qasırğa” ləqəbli komanda hazırda A Seriyasının turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.
Ev oyunlarını məşhur “Marakana” stadionunda keçirən “Flamenqo” isə nəinki Braziliyanın, həm də Latın Amerikasının ən məşhur komandalarından sayılır. “Qırmızı-qara”lar Libertadores kubokunu qazanmaqla yanaşı, 6 dəfə A Seriyasının qalibi olublar. Leonardo, Julio Sezar, Bebeto kimi adlar vaxtilə “Flamenqo”nun şərəfini qoruyublar. Hazırda da güclü heyətə malik olan Rio-de-Janeyro təmsilçisi 18 turdan sonra A Seriyasında 11-ci yeri tutur.
Qeyd edək ki, əsası yerli futbolçulardan təşkil olunmuş bu klublar güclü futbol akademiyasına malik olmaqla yanaşı, futbolçu yetişdirmək sahəsindəki təcrübələri ilə tanınırlar. Bu baxımdan Braziliya klublarının əsas və aşağı yaş qrupu komandalarının oyunları bu ölkəyə gələn nümayəndə və menecerlər tərəfindən hər zaman maraqla izlənir.
Yuxarı
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı