Bu gün Azərbaycan Premyer Liqasında 2015/2016 mövsümünə start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Premyer Liqanın debütantı "Zirə" öz meydanında AZAL-ı sınağa çəkib. Heyətini gücləndirən "Zirə"nin Premyer Liqada debütü uğurlu alınıb. Oyun "Zirə"nin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Heyətində gəncləşdirmə siyasəti aparan "Neftçi" ilk turda öz meydanında "Kəpəz"i qəbul edib. Yenidən Premyer Liqaya qayıdan "Kəpəz"in "Neftçi"yə necə müqavimət göstərəcəyi maraqla gözlənilirdi. Bu görüşdə hesab açılmayıb - 0:0.
Maliyyə problemi ilə üzləşən "İnter" səfərdə "Xəzər Lənkəran"ın qonağı olub. Tarixi ərzində ilk dəfə Avropa Liqasında iki mərhələ adlamağı bacaran "İnter" Premyer Liqaya uğurlu start vermək niyyətində idi. Ancaq Bakı klubu bu istəyinə nail ola bilməyib. Oyun "Xəzər Lənkəran"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq.
9 avqust
Azərbaycan Premyer Liqası, 1-ci tur
21:00. “Neftçi” – “Kəpəz” - 0:0
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Ziya Nəsirov
Bakı. 8-ci km qəsəbə stadionu.
Qırmızı vərəqə: Şəhriyar Əliyev, 70 ("Kəpəz")
21:00. “Zirə” – AZAL - 1:0
Qol: Viktor İqbekoyi, 6 (1:0)
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Xəlil Xəlilov
Zirə Olimpiya İdman Kompleksinin stadionu
21:00. “Xəzər Lənkəran” – “İnter” - 2:0
Qollar: Elnur Cəfərov, 7 (1:0), Rahid Əmirquliyev, 31 (2:0)
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, Ramil Diniyev
“Xəzər Lənkəran” mərkəzi stadionu
10 avqust
21:00. “Rəvan” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Coşqun Həsənov, Rəvan Həmzəzadə
“Bayıl Arena”
21:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
Qəbələ şəhər stadionu
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı
Putelyasdan tarixi uğur – Üçüncü “Qızıl top”
İlin ən yaxşı hücumçusu odur
PSJ ilin klubu seçildi
De la Fuente ilin ən yaxşı baş məşqçisi oldu