Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə evdə "Seltik"lə 0:0 bərabərə qalaraq turnirlə vidalaşan "Qarabağ" mübarizəni Avropa Liqasında davam etdirəcək.
Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisinin Avropa Liqasının pley-off mərhələsindəki 22 potensial rəqibindən 9-u artıq müəyyənləşib.
Həmin komandalar "Qarabağ" kimi Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran klublardır. Ağdam təmsilçisi püşk zamanı səpələnməmişlər səbətində yer alarsa, bu, komandamızı nisbətən güclü rəqiblə üz-üzə qoyacaq. Lakin komandamızın püşk zamanı hansı səbətdə qərarlaşacağı Avropa Liqasının III təsnifat mərhələsinin bugünkü oyunlarından sonra dəqiqləşəcək.
Hazırkı duruma görə səpələnməmişlər səbətində yer alan "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bunlardır: "Ayaks" (Hollandiya), "Zalsburq" (Avstriya), "Viktoriya" (Çexiya), "Styaua" (Rumıniya), "Yanq Boyz" (İsveçrə), "Sparta" (Çexiya), "Fənərbaxça" (Türkiyə), "Panatinaikos" (Yunanıstan), "Lex" (Poznan).
Bu komandalar Azərbaycanın Avropa Liqasındakı digər iki təmsilçisi "İnter" və "Qəbələ"yə də rəqib ola bilər. Bunun üçün "İnter" bu gün "Atletik"i, "Qəbələ" isə "Apollon"u mübarizədən kənarlaşdırmalıdır.
Avropa Liqasının pley-off mərhələsində 44 komanda iştirak edəcək ki, bunlardan 29-u III təsnifat mərhələsinin qalibləri olacaq. Digər 15 klub isə Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran klublardır.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin püşkü sabah atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi