"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının III təsnifat mərhələsində "Seltik"lə 0:0 bərabərə qaldıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın məlumatına görə, R.Sadıqov mərhələ keçmək şanslarını ilk oyundan sonra itirdiklərini bildirib:
- Qarşılaşma haqda fikirlərini bildirərdin...
- Gərgin qarşılaşma oldu, 90 dəqiqənin sonuna kimi mübarizə apardıq. Çalışdıq ki, qol vuraq, amma alınmadı. Təssüflər olsun ki, mərhələni keçə bilmədik.
- Sanki bu qarşılaşmada hücumda çoxala bilmirdiniz. Səbəb nə idi?
- Rəqib elə komanda idi ki, sırf hücuma çıxmaq olmurdu. Elə təcrübəli oyunçulardan ibarət bir komanda idi ki, çox sürətli hücuma keçirdilər. Böyük qüvvə ilə irəli atılmırdıq, amma görürdük ki, rəqib bizi əks hücumda tutur. Bu da komandamız üçün təhlükəli idi. İlk hissədə yaxşı oynadıq, ikinci hissədə "Seltik" pressinq tətbiq etməyə başladı. Ona görə də ikinci hissədə hücum qurmaqda çətinlik çəkdik. Buna baxmayaraq, oyuna nəzarət edən tərəf biz idik.
- Səncə qələbə üçün nə çatışmadı?
- Fikrimcə, biz mərhələni keçmək şansını hələ ilk oyunda itirmişdik. Onlar səfərdə oynadığımız matçın ilk hissəsində çox təzyiq göstərdi, ikinci yarıda topa biz nəzarət etdik. 75-ci dəqiqədən sonra rəqib bütün heyətlə müdafiədə oynadı. Eynənə Bakıdakı ssenari idi. Amma səfər matçında bir küncdən zərbədən vurulan qol bütün oyunu korladı. Rəqib də Bakıda bütün oyununu müdafiədən qurdu. Çünki bu nəticə onlara sərf edirdi. İstədiklərini də əldə etdi.
- Futbolçularınız bildirdi ki, "Seltik"in oyunçuları sizi təxribata çəkirdi...
- Bu futboldur. Belə şeylər olur. Rəqib komanda hər şeyi əvvəlcədən hesablayıb, hərəkət edir. Nəticə də onlara sərf edəndə istəyir ki, səni əsəbiləşdirsin.
- Künc zərbəsindən sonra yaranan real qol epizodu haqda nə deyə bilərsən?
- İki-üç gün bu epizod yadımdan çıxmayacaq. Top yerlə gəlsəydi, bəlkə zərbə endirmək daha asan olardı. Dünən məşqdə bu epizoddan çox istifadə etdik və demək olar ki, bütün zərbələrim çərçivəyə düşürdü. Bu epizodda isə top yerə dəyə-dəyə gəlirdi, ona görə alınmadı.
- Buna ot örtüyünün pis vəziyyətdə olmasını səbəb göstərmək olar?
- Qazon haqda danışmaq istəmirəm. Bunu da bəhanə etmək düzgün olmaz. Rəqib layiqli olaraq növbəti mərhələyə keçdi.
- Komandanız son 4 oyunda 1 qol vurub...
- Paltardəyişmə otağında bu haqda mən də düşünürdüm. Bunun üzərində çox işləməliyik və gələcəkdə daha kəskin hücumlar qurmaq lazımdır.
Ergün SEYİD
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi