“Daha güclü “Qarabağ” görəcəksiniz” – Tahir Gözəl

“Daha güclü “Qarabağ” görəcəksiniz” – Tahir Gözəl
ÖLKƏ FUTBOLU 6 Avqust 2015 / 00:20 11878
-  A +

“Qarşımızdakı rəqib “Barselona”nı məğlub etmiş bir klub idi. “Qarabağ” doğrudan da Azərbaycanın ən yaxşı komandasıdır. Rəqibimizin güclü olmasına baxmayaraq biz gözəl oyun sərgilədik. Hamımıza keçmiş olsun deyirəm”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl “Seltik”lə oyundan sonra deyib.

Klub rəsmisi yeni transferlərin tənqid olunmasını düzgün hesab etmədiyini bildirib:

“Onların oyunundan da razı qaldım. Bu futbolçulara verilən pula görə təəssüflənmirəm. Onlar oyundan-oyuna komandaya uyğunlaşacaq. Tədircən daha güclü bir “Qarabağ” görəcəksiniz. Bu gün komandamdan çox razı qaldım”.

Son xəbərlər
25.05.26  19:14

"Real"a keçə bilər

25.05.26  18:49

Messi zədələnib?

topaz banner