"Həqiqətən qələbə qazanmağı çox istəyirdik. Ancaq alınmadı. Yüksək səviyyəli komandaya qarşı mübarizə aparırdıq. Azarkeşlərə təşəkkürümü bildirəm. İlk oyundan sonra demişdim ki, Şotlandiyada 60 min tamaşaçı var idi. Bakıda 30 min azarkeş olacaq. Lakin onlar sizdən geri qalmayacaq. Belə də oldu. Onlar bizi sonadək dəstəklədilər".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə "Seltik"lə 0:0 bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
- Bu oyunda Al Harbi, Dani Kintana, Raydell Puponun"Qarabağ"ın ən zəif futbolçuları olması fikri ilə razısınız?
- Xeyr. Mən meydanda zəif futbolçu görmədim. Ümumi götürsək, hər biri üzərinə düşəni etdi. "Seltik" kimi komandaya qarşı oynamaq asan deyildi. Futbolçularımın hamısından razı qaldım.
- "Qarabağ"ın müdafiəçiləri qapıçı Sehiçlə çox oynayırdı. Xüsusən də İlqar Qurbanov topu qapıçıya çox ötürürdü.
- Görürəm ki, fikirlərimiz üst-üstə düşmür. Belə meydanda oynamaq çətin idi. Digər futbolçular kimi İlqardan da razı qaldım.
- 2009-cu ildən rəhbərlik etdiyiniz ən zəif "Qarabağ"ı gördüyümüzü söyləmək olarmı?
- Bu fikirlə razı deyiləm. Biz "Seltik"ə qarşı oynayırdıq. Bu günə qədər də komandada çatışmazlıqlar olub. Nəticədən razı qaldım. Mən komandamı zəif hesab etmirəm. Hər bir futbolçuya çox sağ ol deyirəm. Komandama zəif deməmişəm, bundan sonra da demərəm.
- Yeni transferlər növbəti mövsüm çempion olmaq üçün nəzərdə tutulub, yoxsa avrokuboklarda daha da irəliləmək üçün komandaya cəlb edilib?
- Komandada çatışmazlıq ola bilər. Biz onları həm çempionat, həm də avrokuboklar üçün gətirmişik.
- "Qarabağ" artıq altı oyundur ki, evdə qələbə qazana bilmir. Bunun səbəbi nədir?
- Azarkeşlər hər dəfə bizi dəstəkləyirlər. Biz də onları sevindirmək istəyirdik. Hər oyunda onları razı salmağa çalışırıq. Ən istəmədiyim şey onların stadiondan məğlub ayrılmasıdır. Əlimizdən gələni etdik, əgər alınmadısa, demək ki, qismətimizdə yoxdur.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi