AFFA Məşqçilər Komitəsinin üzvü, “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin Qol.Az saytına müsahibəsi
- Klublarımızın avrokuboklardakı mübarizəsi haqda fikirlərinizi bilmək istərdik. "Qarabağ"dan başlayaq. Sabah komandamız Çempionlar Liqasının III təsnifat mərhələsinin "Seltik"lə cavab matçına çıxacaq.
- Ən güclü rəqib "Qarabağ"a düşüb. "Seltik" 46 dəfə Şotlandiya çempionu olub. Bundan əlavə, komanda tam komlektləşib. Buna baxmayaraq, məncə, "Qarabağ" özündə güc tapacaq və bu mərhələni də keçəcək. Düzdür, "Qarabağ" əvvəlki "Qarabağ" deyil. Leroy Corc və Muarem Muaremin gedişi komandaya çox pis təsir edib. Amma komandanın "Seltik" səddini keçəcəyinə inanıram. Əminəm ki, Qurban bu oyundan sonra da başını dik tutacaq.
- "Seltik"in əvvəlki gücdə olmadığı üçün əminliklə danışırsınız?
- Yox, "Seltik" indi də güclüdür. Avropada təcrübəsi çoxdur. Ona görə də onlarla heç cür açıq futbol oynamaq olmaz. Sabah "Seltik" elə birinci görüşdəki kimi oynayacaq. İlk növbədə Reynaldo daha da artırmalıdır. Əlinə düşən hər qol imkanından istifadə etməlidir.
- "İnter"in "Atletik"lə (Bilbao) oyunundan nə gözləmək olar?
- "İnter" öz işini çətinə salıb. Avropada 0:2 hesablı məğlubiyyətdən sonra nəsə etmək çox çətindir. Üstəlik, "Atletik" kimi rəqibə qarşı bunu etmək inandırıcı deyil.
- "Qəbələ"nin bu mövsüm Avropa Liqasında keçdiyi yol haqda nə deyə bilərsiniz?
- İndi "Qəbələ"də çox dəyişiklik olub. Xüsusilə də hücum xətti yaxşı təsir bağışlayır. Ön xətt oyunçuları gözəl ötürmələr verə bilir.
- Komandamızın "Apollon" səddini keçmək üçün yaxşı şansı var. Razısınız?
- "Qəbələ" ilk oyunda yalnız 95-ci dəqiqədə penaltidən vurduğu qolla hesabı bərabərləşdirdi. Ciddi hazırlaşmaq lazımdır. "Apollon" bura əl-qolunu sallayıb uduzmağa gəlməyəcək. Deməzdim ki, "Qəbələ" rəqibindən daha şanslıdır. Ancaq biz vaxtilə APOEL səddini keçməklə inam yaratmışıq ki, Kipr klublarından çəkinməməliyik. Təəssüflər olsun ki, Azərbaycanda hər şey tez unudulur.
- "Qəbələ"nin "Apollon"la ilk oyununda müəyyən xoşagəlməz hadisələr baş verdi. Yəqin kiprli azarkeşlərə yaxşı bələdsiniz.
- Bəli, biz APOEL-ə qalib gələndə rəqibin azarkeşləri stadionu dağıdırdı. Futbolçuları təbrik etmək üçün meydançanın ortasına qaçanda azarkeşlər bizi daş-qalaq etdi. Şəxsən mənə bir butulka çırpdılar. Kiprli azarkeşlər çox çılğındırlar. APOEL azarkeşi isə "Apollon"a nisbətən daha çoxdur. Cavid Hüseynovun "Apollon"la oyunda azarkeşlərə qarşı etdiyi jest onları daha da qıcıqlandırdı. Hər quşu öz dilində dilləndirmək lazımdır. Cavid öz qoluyla onların cavabını verdisə, o jestə ehtiyac yox idi.
Ramiq AĞAMƏMMƏDOV
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video