"Ümid edirəm ki, "Seltik" Çempionlar Liqasındakı yerini təmin edəcək. Orada oynamağımıza ehtiyacımız var. Artıq buna çox yaxınıq və yaxşı futbolçulardan qurulmuş komandayıq".
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Seltik"in futbolçusu Vircil van Deyk deyib.
Hollandiyalı futbolçu komandasının uğur qazanacağına inandığını bildirib: "Avropada fərqli oynamaq lazımdır. Ötən mövsüm startımız uğursuz alınmışdı. Ancaq bu dəfə yaxşı başladıq. Ümid edirəm ki, Bakıda yaxşı oyun sərgiləyəcəyik. Ötən mövsüm çox şey öyrəndim. Bu il daha sakitəm. Üzərimdə heç bir təzyiq yoxdur və komandamın uğuruna inanıram. İşlər yolunda getmədikdə ilk öncə sakit olmalısan, özünə inanmalısan və komanda yoldaşlarına kömək etməlisən. Bu sadaladıqlarım məni gücləndirir və özümü hər şeyə hazır hiss edirəm.
Van Deyk Azərbaycana məsafənin uzaqlığının onlar üçün problem yaratmamalı olduğunu bildirib: "İki il öncə Qazaxıstanda "Şaxtyor"la qarşılaşmışdıq. Həmin görüş mənim "Seltik"də ikinci oyunum idi. Azərbaycan Qazaxıstandan daha uzaqda yerləşmir. Yəni, məsafə problem olmamalıdır. "Qarabağ"ın ötən mövsümkü oyunlarını izləmişik. Bizim üçün çətin oyun olacaq. Onların böyük stadionları var. Hansı ki, hər zaman azarkeşlərlə dolu olur. Biz bu oyuna yaxşı hazırlaşmalı və sərfəli nəticə qazanmalıyıq. Həmçinin "Seltik"in Çempionlar Liqasında oynamağa layiq komanda olduğunu nümayiş etdirməliyik".
Qeyd edək ki, avqustun 5-də keçiriləcək "Qarabağ" - "Seltik" oyunu saat 21:30-da başlayacaq.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video