“Qarabağ” klubunun futbolçusu İlqar Qurbanovun Qol.Az saytına müsahibəsi
- İki gündən sonra Çempionlar Liqasının III təsnifat mərhələsinin “Seltik”lə cavab matçına çıxacaqsınız. Əvvəlcə ilk oyuna əsasən rəqibiniz haqda fikirlərini öyrənmək istərdik. “Seltik” “Qarabağ” üçün necə rəqibdir?
- Onsuz da “Seltik”ə əvvəldən bələd idik. Bu komanda bütün dövrlərdə iddialı olub. Rəqib fiziki cəhətdən çox güclüdür. Oyun çox ağır keçdi. Düşünürəm ki, Şotlandiyada “Seltik” kimi rəqibə minimal hesabla uduzmağımız o qədər də pis nəticə deyil. Aydın məsələdir ki, mərhələni keçmək istəyiriksə, cavab matçında daha yaxşı oynamalıyıq.
- “Qarabağ” “Seltik”lə ilk görüşdə öz oyununu göstərə bildi, yoxsa rəqib buna imkan vermədi?
- Mümkün qədər öz oyunumuzu oynadıq. Bəzən alınırdı, bəzən də yox. Müəyyən səvlərimiz oldu. Çalışacağıq ki, növbəti oyunda onları təkrarlamayaq. Sözsüz ki, daha yaxşı oynaya bilərdik. Müsbət məqam odur ki, hələ heç nə itirilməyib. Şotlandiyada bacarmadığımızı doğma meydanımızda edə bilərik.
- “Seltik Park”dakı azarkeş izdihamı oyununuza nə dərəcədə təsir etdi?
- Düzdür, “Seltik Park”dakı ab-hava rəqibimizə güc verirdi. Ancaq deməzdim ki, o izdiham bizə mənfi təsir etdi. Çünki biz bu cü stadionlarda birinci dəfə oynamırıq. Bizim hər avrokubok oyunumuzda azarkeşlərin güclü dəstəyini görürük. Onlar heç vaxt bizi tək buraxmayıblar, həmişə stadionu doldurublar. İnanıram ki, bu dəfə də belə olacaq.
- “Seltik” “Qarabağ” üçün keçiləsi rəqibdir?
- Çətin rəqibdir. Ancaq oynamaq olar. Hər halda ilk qarşılaşmadan dərs almışıq. Buna görə də cavab matçında daha məzmunlu oyun göstərə bilərik.
- “Qarabağ” indiyədək avrokuboklarda heç vaxt ilk görüşdə uduzduğu mərhələni keçə bilməyib. Bu məqam sizi narahat etmir ki?
- Bunlar statistikadır. Bizim üçün keçmişdə baş verənlər elə də önəmli deyil. Məğlub olduğun komandaya qalib gələ bilərsən. Futbolda belə hallar tez-tez baş verir.
- Yeni transferlərin komanda yoldaşları ilə anlaşma baxımından problemi var?
- Çətinlik yoxdur. Hamısı peşəkar futbolçulardır. Tədricən komandaya uyğunlaşırlar. Təbii ki, istədiyimiz oyun effektini almaq üçün yeni futbolçulara bir qədər zaman lazımdır. İnanıram ki, tədricən daha yaxşı oynayacağıq.
Ramiq AĞAMƏMMƏDOV
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi