21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Bernhard Lippertin müsahibəsi
- Əvvəlcə, komandadakı son vəziyyətlə bağlı məlumat verməyinizi istərdik...
- Şotlandiya millisinə böyükhesablı məğlubiyyətdən sonra əsas işimiz futbolçuları psixoloji cəhətdən hazırlamaqdır. Bir-iki məşqlə oyunçularda böyük dəyişikliklər edə bilmərik. Ancaq futbolçuları Avstriya ilə oyuna psixoloji cəhətdən yaxşı hazırlaşdırmağa çalışırıq ki, oyuna bədbin halda çıxmasınlar. Bunun üçün məşqçilər korpusu həm fərdi, həm də kollektiv şəkildə futbolçularla görüşüb söhbətlər edir, oyuna kökləməyə çalışır. İstəyirik ki, oyunçular üzərlərinə düşən məsuliyyəti dərk etsinlər.
- Əsas işinizin futbolçuları psixoloji cəhətdən hazırlamaq olduğunu dediniz. Sizcə, futbolçular ruh düşkünlüyünü üzərlərindən ata biliblərmi? Yəni gördüyünüz işin nəticə verdiyini müşahidə edirsinizmi?
- Məsələ bundadır ki, futbolçularımızın əksəriyyəti öz klublarında aparıcı qüvvə deyillər. Dediyim kimi, əsas işimiz uşaqları psixoloji cəhətdən hazırlamaqdır. Nə qədər məğlub olsaq da, əvvəlki nəticələri unutmalarını və hansısa epizodlarda nisbətən üstünlükləri varsa, onları yada salmalarının lazım olduğunu deyirik. Məyusluğu üzərlərindən atdıqları halda meydanda bizim istədiyimiz oyunu, arzuladığımız nəticəni göstərə biləcəklərini bildiririk.
- Şotlandiya millisi ilə oyunda komandanın bir neçə aparıcı üzvü zədə ucbatından forma geyinə bilmədi. Avtsriya oyunu ərəfəsində heyətdə nə kimi problemlər var?
- Təəssüflər olsun ki, eyni problemlər yenə də qalır. Əfran İsmayılovun zədəsini bərpa edib bizə kömək etməsini gözləyirdik. Ancaq hələ ki yüz faiz hazır deyil. Ondan başqa, Mirhüseyn Seyidov da zədəlidir, böyük ehtimalla Avtsriya millisi ilə oyunda bizə kömək edə bilməyəcək. Bir sözlə, yaradıcı futbol oynamaq baxımından çox çatışmazlıqların olduğunu deməliyəm. Sevindirici hal odur ki, “Bavariya”da hazırlıq keçən Tərlan Quliyev düşərgəmizə qatılıb. Zənnimcə, müdafiə xəttimizə çox kömək edəcək. Ancaq Tərlanın dərdimizə dərman olduğunu da deyə bilmərəm. Çünki 19 yaşı var. Nəzərə almaq lazımdır ki, Tərlan özündən iki yaş böyük futbolçulara qarşı oynamalıdırlar. Ola bilsin ki, biz istədiyimiz oyunu nümayiş etdirə bilməsin.
- Şotlandiya millisi ilə oyunda futbolçuların fiziki cəhətdən istənilən formada olmadığı ortaya çıxdı. Bu barədə nə deyə bilərsiniz?
- Oyunun 70-ci dəqiqəsindən sonra uşaqların, belə demək mümkünsə, gücləri tükəndi. Ancaq buna görə futbolçulara irad tuta bilmirəm. Çünki bu uşaqlar öz klublarında oynamağı, 90 dəqiqə mübarizə aparmağı, yüksək təzyiq altında oyundan qopmamağı vərdiş etməlidirlər. Ancaq təəssüf ki, buna vərdiş etməyiblər. Son 5 gündə iki ağır oyun keçirməlidirlər. Bizim üçün asan olmayacaq. Oyunun çətin keçəcəyini bilirik. Təbii ki, heyətdə müəyyən dəyişikliklər olacaq.
- Millimiz Avstriya ilə evdə keçirdiyi oyunda hesabda 1:0 irəlidə olarkən son dəqiqələrdə buraxılan kobud səhvə görə məğlub oldu. Həmin oyunu izləməsinizmi? Ümumiyyətlə, rəqib haqda məlumatınız varmı?
- Bəli, həmin oyunu izləmişəm. Ancaq bu görüş o oyundan tam fərqli olacaq. Birincisi, avstriyalılar ötən oyunda olduğu kimi bizi qeyri-ciddi rəqib kimi qəbul etməyəcəklər. İkincisi, o oyunla müqayisədə, heyətdə xeyli dəyişikliklər olub. Rəqib haqda onu deyə bilərəm ki, texnikalı futbolçulara malikdir. Əsasən qısa ötürmələrdən istifadə edirlər. Cinahlardan çox yaxşı oyun qururlar.
Mənbə: affa.az
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
Əliyar Ağayev bu dəfə 1-ci liqada
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?