Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” – “Seltik” oyununun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun ot ortüyünün durumu qeyri-qənaətbəxş olaraq qalır.
Qol.Az-ın xəbərinə görə, güclü istilərlə əlaqədar meydançanın ot ortüyünün bəzi hissəsi yanıb. Yaranmış vəziyyətlə əlaqədar “Qarabağ” klubunun rəhbərliyi təcili tədbirlər görməyə başlayıb. Hazırkı vəziyyətdə meydançanın durumu hər iki klubu narazı salır. Xüsusilə belə vəziyyət “Qarabağ”ı narahat edir.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.Az saytına bildirib ki, meydançanın durumunun yaxşı olması bu gün ən çox onlara lazımdır.
Əlavə edək ki, meydançanın vəziyyəti ilə bağlı xəbərlərin yayılmasından sonra bu gün səhər “Seltik” klubunun meneceri Tom Hauson Respublika stadionunda olub. Meydançanın ot örtüyünə cavabdeh olan şotlandiyalı mütəxəssislər həmyerliləri olan “Seltik”in nümayəndəsinə bildiriblər ki, matçdan bir gün əvvəl, yəni sabah Tofiq Bəhramov adına Respublika stadionunda məşqin keçirilməməsi daha uyğun olar. Onların fikrincə, bu halda oyun gününə qədər meydançanı daha əlverişli vəziyyətə gətirmək mümkündür. Amma şotland mütəxəssisin bu istəyini onun həmyerliləri qəbul etməyib. “Seltik” tərəfi sabah məşqin keçirilməsinə şərait yaradılmasını xahiş edib.
Bəs, görəsən, oyun başlanana qədər meydançanın durumu hansı vəziyyətdə olacaq? Qol.Az saytının bu sualına cavab olaraq, “Qarabağ” rəsmisi Nurlab İbrahimov bildirib ki, ot örtüyünə baxan mütəxəssislər onlara matç günü meydançanın durumunun yaxşılaşdırılacağını deyiblər.
“İstinilən halda, ot ortüyünün vəziyyəti oyunun keçirilməsinə mane olmayacaq” – deyə N.İbrahimov bildirib.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi