Sabah, noyabrın 17-də Qol.Az saytının bir yaşı tamam olur. Bu münasibətlə saytın baş direktoru Mirhacib Məcidin müsahibəsini dərc edirik.
- Belə bir sayt yaratmaq ideyası necə yarandı?
- Əslində, bu barədə uzun müddətdir düşünürdük. İlk əvvəl planımızda ümumi ictimai-siyasi xəbərlər verən sayt yaratmaq var idi. Amma müəyyən səbəblərdən bu fikirdən vaz keçdik. Qol.Az-ı yaratmaq ideyası yaranana qədər ölkəmizdə fəaliyyət göstərən idman saytlarını diqqətlə izləyirdim. Bu sahədə bir boşluq vardı. Bundan sonra sırf idman saytı yaratmaq qərarına gəldik.
- Saytınızın iş prinsipi nədən ibarətdir?
- Bir il ərzində Azərbaycan və dünya futbolunda baş verən ən son xəbərləri oxucularımıza çatdırdıq. Daha çox üstünlüyü isə yerli futbola veririk. Ölkə çempionatımızın oyunları zaman oxucularımıza saytımızda canlı mətn-reportaj təqdim edirik. Bu reportaj vasitəsilə onlar oyunların gedişatından, baş məşqçilər və futbolçuların fikirlərindən dərhal xəbərdar olurlar. Millimizin və klublarımızın matçları zamanı oyunun gedişatında fotosessiyalar yerləşdiririk. Hətta bir dəfə dostlarımdan biri Azərbaycan - Rusiya matçında azarkeşlər arasındakı davanı televiziyada izlədiyini və cəmi beş dəqiqə sonra həmin davanın şəkillərini bizim saytda gördüyünü deyərək təəccüb etmişdi. Bütün bunlarla bərabər dünya futbolunun bir çox tanınmış simaları ilə eksklüziv müsahibələr yayımlayırıq.
- Yəqin ki, iş rejiminiz qəzetlərdən fərqlənir.
- Təbii. Ümumiyyətlə, kənardan xəbər saytı yaradıb işlətmək asan görünür. Təsadüfi deyil ki, əlinə bir qədər pul düşən adam o dəqiqə sayt açır. Halbuki bu işin çox əziyyətli olduğundan məlumatlı deyillər. Çox ağır iş rejimimiz var. Bəzən oyunlar zamanı əməkdaşlarımız işdən evə gecə 11-12-də gedirlər. Şənbə və bazar günü Azərbaycan çempionatının oyunları olduğundan işdə oluruq, istirahətə vaxt tapmırıq. Xəbəri vaxtı-vaxtında oxucuya çatdırmaq üçün var gücümüzlə çalışırıq. Demək olar ki, günün 15-16 saatı saytın üzərində işləyirik.
- Bir il bir sayt üçün çox qısa zamandır. Amma bu müddətdə özünüzə xeyli oxucu toplaya bilmisiniz.
- Mən həmişə qeyd etmişəm ki, Qol.Az-ın bu səviyyəyə çatmasında ən böyük pay sahibi bizim kollektivdir. Bu işdə, artıq müəyyən mənada öz sözlərini demiş gənc və istedadlı əməkdaşlarımız var. Məhz onların sayəsində gündəlik KİV-in böyük əksəriyyəti bizim materiallardan istinad edərək yayımlayır. Biz həmişə oxucuya dəqiq və səviyyəli xəbər verməyə çalışmışıq. Təbii ki, bununla kifayətlənmək niyyətində deyilik və işlərimizi daha da böyütmək istəyirik.
İlk növbədə Qol.Az-da yalnız futbol yox, idmanın bütün növlərindən xəbərlər vermək istəyirik. Fürsətdən istifadə edib Gənclər və İdman Nazirliyini, bütün idman federasiyalarını bizimlə əməkdaşlıq etməyə dəvət edirəm. Yeni internet versiyamız yaxın bir neçə gün ərzində oxucuların ixtiyarına veriləcək. İdmançılarımız, futbol klublarımız uğurlu çıxışlar etdikcə onlara ölkə hüdudlarından kənarda maraq daha da artır. Onların bizim idmançılar haqqında operativ və dolğun məlumat ala bilməsi üçün saytımızın ingilis və rus versiyalarını da hazırlamaq niyyətindəyik. Ümumiyyətlə, məqsədimiz Qol.Az-ı Azərbaycanın ən böyük idman agentliyinə çevirmək və oxucularımızın sayını gündəlik 5000-ə qaldırmaqdır. Bunu bacaracağımıza inamımız böyükdür.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video