Tarixində ilk dəfə Avropa Liqasının III təsnifat mərhələsinə yüksələn Bakı "İnter"i bu mərhələdə İspaniyanın "Atletik" (Bilbao) klubu ilə qarşılaşacaq.
Qol.Az-ın məlumatına görə, Avropanın məşhur klublarından olan "Atletik" Bilbao şəhərini təmsil edir.
Bu komanda əsasən yerli futbolçuların çıxışı ilə fərqlənir. Əsası 1898-ci ildə qoyulan "Atletik"də yalnız bask köklü futbolçular çıxış edir. Lakin bu klubda digər ölkələrdə doğulmuş bask köklü futbolçular da oynaya bilər.
"Atletik" İspaniyanın titullu klublarından sayılır. "İnter"in rəqibi tarixi ərzində 8 dəfə La Liqanın qalibi olub. Komandanın son çempionluğu 1983/1984 mövsümünə təsadüf edir. 117 yaşlı komanda İspaniya superkubokunu da elə həmin mövsüm qazanıb.
Tarixi ərzində 23 dəfə ölkə kubokuna sahib çıxan "Atletik" iki dəfə UEFA kubokunun (indiki Avropa Liqası) finalçısı olub. Bilbao təmsilçisi La Liqanı təkr etməyən 3 klubdan biridir. Klubun prezidenti Josu Urrutia, baş məşqçi isə Ernesto Valverdedir.
"Atletik" ev oyunlarını 53,289 min tamaşaçı tutumuna malik "San Mames" stadionunda keçirir. Ötən mövsüm İspaniya La Liqasını 7-ci pillədə başa vuran "Atletik" tarixində ilk dəfə Avropa Liqasında Azərbaycan təmsilçisi ilə qarşılaşacaq. İlk oyun iyulun 30-da Bilbaoda baş tutacaq.
Ötən mövsüm Çempionlar Liqasında H qrupunda mübarizə aparan "Atletik" qrup mərhələsini 3-cü pillədə başa vurub. Bununla da, Avropa Liqasında oynamaq hüququ əldə edən Valverdenin komandası 1/16 finalda "Torino" səddini keçə bilməyib. Səfərdə rəqibi ilə 2:2 bərabərə qalan "İnter"in rəqibi evdə "Torino"ya 2:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi