Ruslan Qurbanov: "Tədricən forma yığırıq"

Ruslan Qurbanov: "Tədricən forma yığırıq"
XƏBƏR 24 İyul 2015 / 03:09 3415
-  A +

“Alanyaspor”la oyun maraqlı alındı. Yaxşı oynadıq. Xüsusilə ilk hissədə çoxlu qol imkanlarımız oldu, sadəcə, bəxtimiz gətirmədi".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Ruslan Qurbanov "Alanyaspor"la keçirilən yoxlama görüşündən sonra klubun rəsmi saytına açıqlamasında deyib.

Təcrübəli futbolçu komandasının tədricən forma yığdığını bildirib: "Tədricən forma yığırıq, məşqlərdə var gücümüzlə çalışırıq. Çempionat oyunlarına hazırlaşırıq. Fikrimcə, Premyer Liqanın ilk turunun “Kəpəz”lə oyununadək hazır olacağıq”.

Qeyd edək ki, "Neftçi" - "Alanyaspor" oyunu 1:1 hesabı ilə başa çatıb. "Neftçi"nin yeganə qoluna məhz Ruslan Qurbanov imza atıb.

Son xəbərlər
24.07.25  12:54

"Barselona"dan "Roma"ya