Asim Xudiyev Çempionlar Liqasının oyununda

Asim Xudiyev Çempionlar Liqasının oyununda
XƏBƏR 24 İyul 2015 / 03:04 3510
-  A +

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Buxarest şəhərində keçiriləcək “Styaua” (Rumıniya) – “Partizan” (Serbiya) oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.

Qeyd edək ki, “Styaua” – “Partizan” oyunu iyulun 29-da keçiriləcək.

Dünya Çempionatı 2026
Son xəbərlər
14.06.26  17:30

"Tottenhem"də qalır

topaz banner