"Qəbələ"dən belə oyun gözləmirdim" - "Çukariçki"nin baş məşqçisi

"Qəbələ"dən belə oyun gözləmirdim" - "Çukariçki"nin baş məşqçisi
ÖLKƏ FUTBOLU 23 İyul 2015 / 23:12 9440
-  A +

“Biz matça tam hazır olsaq da, “Qəbələ”nin bu cür oynamasını gözləmirdik. Bu cür matça hazır deyildik. Bakıya bir qol üçün gəlmişdik. Təəssüflər olsun ki, bacarmadıq. Əgər şanslarımızdan istifadə etsəydik, qələbə qazanardıq. Rəqibin vurduğu hər iki qol bizim futbolçuların səhlənkarlığından oldu. Bəxtimiz də üzümüzə gülmədi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri "Çukariçki"nin baş məşqçisi Vladan Miloyeviç Avropa Liqasının II təsnifat mərhələsinin “Qəbələ” ilə cavab oyunundan sonra keçirdiyi mətbuat konfransında deyib.

-“Qəbələ”nin heyətində ən çox hansı futbolçunu bəyəndiniz?

- Rəqib futbolçularının hamısı yaxşı çıxış etdi. Çox gözəl komandadır.

- “Qəbələ”nin növbəti mərhələdəki şanslarını necə görürsünüz?

- “Apallon” haqda geniş məlumatım yoxdur. Ancaq bilirəm ki, təcrübəli futbolçuları var. Bəxt kimin üzünə güləcəksə, o da sevinən tərəf olacaq.

- “Qəbələ”dən bu cür oyun gözləmədiyinizi dediniz. Rəqib ilk  oyundan fərqli nə etdi ki, təəccübünüzə səbəb oldu?

- Çox da böyük fərq yox idi. Rəqib futbolçuları fərdi utalıqları ilə məni təəccübəndirdi. Həmin fərdi ustalığa görə də qalib gəldilər. Onu da deyim ki, biz bir neçə gün əvvəl Serbiya çempionatında ağır oyun keçirdik. Uzun yol qət etmək də bizi yordu.

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır