“Qarabağ”ın futbolçusu Qara Qarayev Qol.Az saytına müsahibəsində Çempionlar Liqasının II təsnifat mərhələsinin “Rudar”a qalib gəldikləri oyunundan (1:0) danışıb və növbəti mərhələdə qarşılaşacaqları Şotlandiyanın “Seltik” klubu haqda fikirlərini bildirib
- Bakıda bacarmadığınızı Monteneqroda etdiniz. “Rudar” səddini keçmək çox çətin olmadı ki?
- Monteneqroda oyunumuza mənfi təsir edən amillər çox idi. Buna baxmayaraq, komandamız inamlı oyun göstərdi. Çox çətin komandaya qarşı oynadıq. “Rudar” müdafiədə dəqiq oynayır. Ancaq şükürlər olsun ki, qələbə qazanıb, bizə bəslənən ümidləri doğrultduq. Artıq “Rudar” haqda danışmağa ehtiyac yoxdur. Bu uğur arxada qaldı. “Rudar” səddini keçməyimiz bizi arxayınlaşdıra bilməz. Daha məsuliyyətli olmalıyıq. Qarşıda bizi vacib oyunlarımız var.
- Sizi “Seltik” gözləyir...
- Hələ ki, baş məşqçi ilə rəqibi müzakirə etməmişik. Ancaq “Seltik” dünyaca məşhur komandadır. Rəqibin gücünə, azarkeşlərinə, titullarına, Şotlandiyadakı statusuna bələdik. Çalışacağıq ki, biz də “Qarabağ”ın adına layiq futbol oynayaq. İndidən deyə bilərəm ki, çox çətin olacaq.
- “Seltik” çəkinməli rəqibdir?
- Sözsüz ki, ehtiyatı əldən buraxmaq olmaz. Yəqin razılaşarsız ki, “Seltik”ə “Rudar” kimi münasibət bəsləmək olmaz. Həqiqətən də “Seltik”in adı insanı ehtiyat etməyə məcbur edir. Amma indiyə qədər bir çox adlı-sanlı klubla layiqli mübarizə aparmışıq. “Seltik”dən də çəkinmirik. Nəticə nə olur olsun, layiqli mübarizə aparacağıq.
- “Qarabağ” məşhur klublara qarşı daha yaxşı oynayır. Bu dəfə də bunun şahidi olacağıq?
- Düzdür, komandamızda motivasiya yüksək olacaq. Bəlkə də, karyeramızda bir daha belə möhtəşəm oyun olmayacaq. Bunu futbolçular hamısı bilir.
- “Rudar”la qarşılaşmalarınız o qədər də ürəkaçan deyildi. Razısan?
- “Rudar”la əsasən nəticəyə oynadıq. Rəqib kimi biz də nəticə qazanmaq istəyirdik. Ola bilər ki, oyun baxımından bir az geriləmişik. Ancaq “Rudar” kimi komanda ilə oyun çox çətin olur. Qarşıda bir həftə vaxtımız var. “Seltik”ə qarşı oynamaq həm asan, həm də çətin olacaq.
- Yəni açıq futbolun şahidi ola bilərik?
- Bəli. Düşünürəm ki, hər iki komanda baxımlı futbol sərgiləyəcək. Ancaq hər halda “Seltik”in gücünə bələdik. Buna görə də ehtiyatı da əldən vermək olmaz.
Ramiq AĞAMƏMMƏDOV
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır