“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl komandasının Çempionlar Liqasında üçüncü mərhələy yüksəlməsi ilə bağlı fikirlərini açıqlayıb. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərı görə, o qeyd edib ki, “Qarabağ” Azərbaycan üçün önəmli işlər görür.
- İşğal olunmuş torpaqları heç vaxt unutmuruq. Təbii ki, torpaqlarımızın işğaldan azad olacağına inanımımız böyükdür. Dövlətimizin həm hərbi, həm də iqtisadi gücü buna imkan verir. Biz buna inanırıq və əminik. Hazırda “Qarabağ” bir milyon məcburi köçkünün ümididir. Ağdamın işğal günü ərəfəsində “Qarabağ”ın Çempionlar Liqasında qələbə qazanması, mərhələ adlaması məcburi köçkünlərin qəlbində belə üzücü gündə təsəllidir, ümid işığıdır. Sevinirik ki, “Qarabağ” FK belə bir məqamda qələbə qazanaraq xalqımızı sevindirə bildi.
- “Rudar”la oyunla bağlı təəssüratlarınız necədir?
- Təbii ki, komandamın oyununu həyəcanla izlədim. Hələ Bakıdakı ilk oyundan sonra rəqib müdafiə olunduğunu və Monteneqroda “Qarabağ”ımızın növbəti mərhələyə çıxacağına inandığımı bildirmişdim. Göründüyü kimi, komandamız bütün matç boyu hücumda oynadı, nəticə qazanmaq üçün əlindən gələni etdi. Komandamızın məzmunlu oyununu Reynaldo vurduğu gözəl qolla tamamladı. Braziliyalı forvard xarakter nümayiş etdirərək nə qədər önəmli oyunçu olduğunu göstərdi. Komandam növbəti mərhələyə yüksəlməyi haqq etdi.
- “Qarabağ”ın növbəti rəqibi dünyaca ünlü “Seltik” klubudur.
- Bəli, “Seltik” dünyanın ən tanınmış komandalarından biridir. Bu klubun tarixinə nəzər saldıqda necə böyük komanda olduğunu görürük. Son illərdə ölkəsinin dəyişməz çempionudu. Məlum olduğu kimi ilk oyun Böyük Britaniyada – Şotlandiyada olacaq. Böyük Britaniyaya viza alınması bir qədər çətin prosesdi. Krallığın ölkəmizdəki səfirinə göstərdiyi həssas münasibətə görə öz təşəkkürümü bildirirəm. Qısa zamanda viza alınması üçün köməyini əsirgəmədi. “Qarabağ” FK daha bir dünya nəhəngini Bakıya gətirəcək. Təbii ki, mən hər zaman olduğu kimi komandama inanıram. “Qarabağ” “Seltik”ə qarşı layiq olduğu şəkildə mübarizə aparacaq. “Qarabağ”ın uğuru Azərbaycanın uğurudu. “Seltik”lə mübarizə hamımız üçün maraqlı çağırış olacaq. “Qarabağ” hər zaman öz əzəmətini qoruyacaq. Nəticə nə olursa olsun, mən komandamın arxasındayam.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır