“Qarabağ” “Seltik” səddini də keçəcək"

“Qarabağ” “Seltik” səddini də keçəcək"
ÖLKƏ FUTBOLU 23 İyul 2015 / 04:31 17924
-  A +

“Bizim üçün çox çətin oyun idi. Əlimizdən gələni etsək də, məğlub olduq".

Bu sözləri Qol.Az-a açıqlamasında “Rudar”ın futbolçusu Corce Djuriç Çempionlar Liqasının II təsnifat mərhələsinin  “Qarabağ”la cavab matçından (0:1) sonra deyib.

Öz səhvlərindən məğlub olduqlarını bildirən serbiyalı müdafiəçi “Qarabağ”ın “Seltik” səddini də keçcəyinə inandığını qeyd edib:
 “Bir səhvə yol verdik və “Qarabağ” da bundan maksimum yararlandı. Qarşımızdakı komandanın gücünə bələd idik. Belə komandalara qarşı səhvə yol verməməlisən. “Qarabağ” çox güclü komandadır.  Məncə, “Qarabağ” “Seltik”i də məğlub edəcək. Hətta komandanız Çempionlar Liqasının qrupunda oynamağa qadirdir.

Çünki onların yaxşı futbolçuları və baş məşqçiləri var. Amma çox çətin olacaq. “Seltik” də güclü komandadır.  Çempionlar Liqasında çox mübarizə aparıb. “Qarabağ”a gələcək oyunlarında uğurlar arzulayıram”.

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır