“Nəticəyə çox yaxın idik” – “Rudar”ın baş məşqçisi

“Nəticəyə çox yaxın idik” – “Rudar”ın baş məşqçisi
ÖLKƏ FUTBOLU 23 İyul 2015 / 03:00 8887
-  A +

“Futbolçularımı təbrik edirəm. Neyləyə bilərik? Avrokubok oyunlarında bircə səhvə görə də  cəzalana bilirsən”.

Qol.Az-ın Monteneqro mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunundan (0:1) sonra “Rudar”ın baş məşqçisi Mirko Mariç deyib.

O, yenə “Qarabağ” haqda xoş sözlər deyərək rəqibin növbəti mərhələyə yüksəlməyə layiq olduğunu bildirib:

“Nəticəyə çox yaxın olsaq da, indi çox uzağıq. “Qarabağ” 40 milyon büdcəyə malikdir. Rəqib çox güclü idi. Bununla belə, biz də pis oynamadıq. Qeyd etdiyim kimi, Avropa miqyaslı yarışlarda bir səhv bütün istəklərin üstündən xəttə çəkir”.

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır