“İlk görüşdə bizdə heç nə alınmadı. Ancaq daha əvvəl çox gözəl oyun nümayiş etdirmişdik. “Çukariçki” ilə matçdakı problemlərin səbəblərini araşdırmışıq. Məlum oldu ki, obyektiv səbəblərdən uduzmuşuq”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının II təsnifat mərhələsində “Çukariçki” (Serbiya) ilə cavab görüşü öncəsi keçirdiyi mətbuat konfransında deyib.
- Sabahkı oyun əlavə vaxta qədər uzansa, “Qəbələ”də problem olmayacaq ki?
- Əminliklə deyə bilərəm ki, bizim hazırkı vəziyyətimiz “Çukariçki” ilə ilk oyundakından yaxşıdır. Uzatma dəqiqələrini düşünmürük. Ümid edirəm ki, 90 dəqiqə ərzində bizə lazım olan nəticəni qazanacağıq.
- Start heyəti müəyyən etmisiniz?
- Start heyəti tam müəyənləşdirməmişəm. İlk “11-liy”i müəyyən etməkdə bugünkü məşqin də rolu olacaq.
- “Dinamo” ilə cavab oyunundan öncə bildirmişdiniz ki, sizi 5:0 hesablı qələbə qane edir. Bəs, sabah hansı nəticəyə ümid edirsiniz?
- Biz həmişə 5:0 və daha böyükhesablı qələbə istəyirik. Sabahkı oyunda da bizi 5:0 hesabı ilə qalib gəlmək istəyirik.
- “Dinamo” ilə oyuna nisbətən “Çukariçki” ilə qarşılaşmada “Qəbələ”nin daha az qol imkanları oldu ki, bu da yəqin ki, futbolçularda psixoloji gərginlik yaradıb. Bu gərginliyi aradan qaldıra bilmisinizmi?
- Bəli, ilk oyunda rəqib meydanında qol vurmuşduq. Bu da şansımızı artırırdı. Əlbəttə ki, indi işimiz bir qədər çətindir. Ancaq bu, hardasa bizim xeyrimizə də ola bilər. Çünk indi daha çox qol vurmağa çalışacağıq.
- Premyer Liqada Elvin Camalova şans verirdiniz. Ancaq nədənsə Avropa Liqasında onu meydanda görmürük.
- Avroliqada Premyer Liqadan fərqli olaraq limit məsələsi yoxdur. Kim özünü daha yaxşı göstərirsə, ona şans veririk.
- "Neftçi" 8-ci kilometr stadionunda keçirdiyi avrokubok qarşılaşmalarının heç birində qələbə qazana bilməyib. Bu fakt sizi qorxutmur ki?
- Maraqlı faktdır (gülür).Ancaq mən belə şeylərə inanmıram. İstərdim ki, sabah yaxşı nəticə qazanaq və hamınız buranı gülərüzlə tərk edəsiniz. Görürəm ki, indi hamı pərt olub.
- Məlum səbəblərdən “Qəbələ” öz doğma şəhərində oynaya bilmir. Sizcə, bu, futbolçularda prsixoloji gərginlik yarada bilərmi?
- UEFA-nın bu qərarı ilə barışmalıyıq. Bu stadionda hər cür şərait var. Əslində, buranı çox bəyənirəm. Ancaq indi daha çox azarkeş dəstəyinə ehtiyacımız var. Sabah azarkeşlər bizi tək qoymasalar, yaxşı olar.
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi
"Qarabağ"ı pley-offa aparan qələbə - Video
Zamiq Əliyevin komandası Avroliqada “pley-off”a yüksəldi
“Tvente” “Qarabağ”la oyun ərəfəsi tənqid hədəfində
Konfrans Liqasının son pley-offçuları
Avropa Liqasında gecənin nəticələri
UEFA Avroliqa oyununu təxirə saldı
"İki yeni futbolçuya ehtiyacımız var" - Tahir Gözel