"Berti Foqts kimi qolf oynamağa məkan axtarmayacağımı dedim"
"Avropanın bir sıra məşqçiləri Azərbaycan millisini çalışdırmaq istəyirdi. Hətta Frank Raykard. Berti Foqtsun komandası seçmə mərhələdə keçirdiyi 4 oyunun hamısında uduzmuşdu. Bundan pis nəticə ola bilməzdi".
Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlamasında deyib.
Azərbaycan millisinin baş məşqçi vəzifəsinə gətirilməsinin səbəbini açıqlayan xorvatiyalı mütəxəssis deyib: "Niyə məhz məni seçdilər? Parisdəki görüş zamanı ailəmlə birgə Azərbaycada yaşamağa razılaşdığımı və bütün gücümü yığmaya həsr etməyə hazır olduğumu bildirdim. Üstəlik sələfim Berti Foqts kimi qolf oynamağa məkan axtarmayacağımı dedim. "Avro-2016"nın seçmə mərhələsində ilk oyunumda Maltanı 2:0 hesabı ilə məğlub etdik. Norveçlə isə səfərdə 0:0 bərabərə qaldıq. Həmçinin komandanın fiziki durumu yaxşılaşdı".
"Azərbaycan yığması daha öncə Norveçlə bir neçə dəfə qarşılaşıb və heç birində 1 xal belə əldə etməyib. Səfərdə Norveçlə 0:0 bərabərə qalmaq Azərbaycan üçün əla nəticədir. Malta ilə oyun psixoloji cəhətdən mənim üçün çətin matç idi. Həmin görüşdə qələbə qazanmalı idik ki, bunu da bacardıq. Biz artıq Xorvatiyada 6 top buraxan komanda deyilik. Azərbaycan millisi hazırda yüksək motivasiyalı komandadır" - deyə Prosineçki bildirib.
O, həmçinin sentyabr ayında seçmə mərhələ çərçivəsində qarşılaşacaqları Xorvatiya ilə oyuna da toxunub: "Mənə qədər Azərbaycan millisi seçmə mərhələnin 4 oyununda uduzmuşdu. Azərbaycan yığmasının Avropa çempionatının final mərhələsinə iddia etməsi üçün sehr lazımdır. Ancaq mən əminəm ki, Xorvatiyaya qarşı yaxşı oyun sərgiləyəcəyik. Bakıdakı oyun rəqibin ulduz futbolçuları üçün asan gəzinti olmayacaq. Bəli, Xorvatiya yığması dünyanın ən yaxşı 10 komandası sırasındadır. Onların heyətində olan futbolçular dünyanın ən yaxşı klublarında çıxış edir. Xorvatiya mənim sevimli komandamdır. Ancaq onlara qarşı Bakıdakı görüş tamamilə fərqli oyun olacaq. Bu, təhdid deyil. Əksinə inanıram ki, futbolçularım bu oyunda əlindən gələni edəcəklər.
Təbii ki, bu oyun bizim üçün elə də böyük əhəmiyyət kəsb etmir. Ancaq məğlub olmaq istəmirik. Xorvatiya liderliyini qorumaq üçün qələbəyə oynayacaq. Biz də bundan maksimum yararlanaraq rəqibdən xal almağa çalışacağıq. Bakıdakı oyunda əsasən Mandzukiçə diqqət yetirmək lazımdır. Çünki o, komandada daha çox iş görür. Onunla yanaşı, Modriç və Rakitiçi də diqqətdən kənar qoymaq olmaz. Perişiç isə hazırda Xorvatiyada ən yaxşı futbolçulardan biridir. O, həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışlayır. Texnikası və sürəti ilə ondan hər zaman qol gözləmək olar. Bu səbəbdən Perişiçə qarşı da ehtiyatlı oynamalıyıq".
"Nəticə bizi məyus etdi”
“Ayaqlarım imkan verdiyi müddətcə oynamağa davam edəcəyəm”
Hələlik ən çox qol vuran futbolçu odur
Dembele yenidən zədələndi
"Sumqayıt"ın 3 qollu qələbəsi - Video
"Hakimlik haqda danışmağı xoşlamıram" - Saşa İliç
“Barselona”nın sabiq futbolçusu BƏƏ klubuna keçdi
"Çempionat hamı üçün ağırdır" - Elmar Baxşıyev
"Sumqayıt" və “Turan Tovuz”dan qələbə
“İnter” səfərdə minimal hesablı qələbə qazandı
Tovuz stadionunun yenilənmiş meydançasında 3 qol - Video
Premyer Liqa klubu baş məşqçini istefaya göndərdi
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər
Ştegen noyabrın sonunadək meydana qayıda bilər
Qrizmann La Liqanın tarixinə düşdü
Tovuzda heyətlər açıqlandı
Azərbaycan millisinin İslamiada üçün heyəti bilindi
Yamal sevgilisindən ayrılıb
Ötən gecə zədələnən Arda Gülerin durumu necədir?
"Qarabağ"ın rəqibi hücumçusunu itirdi
Ronaldodan sonra Mbappe də bacardı
Ronaldonun dublu qələbə qazandırdı
"Real" rəqibini belə darmadağın etdi - Video
“Müdafiədə daha yaxşı oynamalıyıq” - “Çelsi”nin baş məşqçisi
“Qarabağ”la oyun öncəsi qələbə qazandılar
161 gün sonra yenidən Tovuzda!
"Qalatasaray" "Trabzonspor"la bərabərə qaldı
"Bavariya" "Bayer"ə böyük hesabla qalib gəldi
“Din mövzusuna toxunmağım doğru deyildi”
Təkbaşına düz 18 min 227 dəfə mərc edib…
“Həmişə Yamalı müdafiə edəcəyəm”
“Pedirinin zədəsi bizi çətin vəziyyətə saldı”
Azərbaycan cüdoçusundan növbəti qızıl medal
"Atletiko" "Sevilya"nı məğlub etdi
“Mançester Yunayted” heç-heçəyə razılaşdı
Misli Premyer Liqasında 1 oyunda 6 qol - Video
Konqo millisinin üzvü Azərbaycan klubuna transfer olundu
Samir Abasov: "Qələbə elə şeydir ki, çox şeyə göz yumursan"
“Vilyareal” rəqibini darmadağın etdi
“Neftçi”dən 5, “Zirə”dən 3 qollu qələbə
“Zirə”nin qələbəsi - Video