"Xəzər Lənkəran" Bakıda yoxlamadan keçdi
Bu gün Bakıda toplanan "Xəzər Lənkəran" futbolçuları komandanın həkimlərinin nəzarəti altında tibbi yoxlamadan keçiblər.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu axşamdan isə futbolçular fiziki hazırlıq testləri verəcəklər.
Fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorrenin rəhbərliyi altında keçən proses futbolçuların toplanışdan öncə fiziki durumlarını müəyyənləşdirəcək.
Qeyd edək ki, komandanın təlim-məşq toplanışı üçün Türkiyənin Nevşehir şəhərinə yollanması 28 iyun, səhər saatlarına nəzərdə tutulub.