"Qarabağ"dan ayrılan futbolçu "Zirə"də

"Qarabağ"dan ayrılan futbolçu "Zirə"də
XƏBƏR 23 İyun 2015 / 17:09 9194
-  A +

"Zirə" klubu heyətini gücləndirməkdə davam edir.

Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, daha iki futbolçunun keçidi rəsmiləşib. 

"Qarabağ"dan ayrılan yarımmüdafiəçi Hacı Əhmədovla 1+1 il şərti ilə müqavilə imzalanıb. "Qəbələ"nin hücumçusu  Tellur Mütəllimov isə bir il müddətinə icarəyə götürülüb.

Qeyd edək ki, "Zirə" daha öncə AZAL-dan Rəşad Abdullayev və Kamal Bayramovu, "Qəbələ"dən isə Tərzin Cahangirovla Sadiq Quliyevi heyətinə cəlb edib.

Son xəbərlər
09.07.25  13:19

"Kəpəz"də ayrılıq