Qarşıdakı mövsümdən Premyer Liqada mübarizə aparacaq “Kəpəz” futbol klubu Gəncə şəhər stadionunda seleksiya xarakterli toplanışa start verib.
Qol.Az-ın Region TV-yə istinadən yaydığı xəbərə görə, məşqdən öncə Müşahidə Şurasının üzvləri və klubun rəsmiləri meydanda məşqçi heyəti və futbolçularla görüşüb.
Qurumun üzvlərindən Mikayıl Nərimanoğlu, Müşfiq Cəfərov və icraçı direktor Mehman Allahverdiyev toplanışa qatılan oyunçular qarşısında çıxış edərək, onlara uğurlar arzulayıb.
İlk məşq prosesində topa toxunuşu “Kəpəz”in tarixi keçmişi olan, veteran futbolçu Müzəffər Qasımovla komandanın gələcəyi, “Mancester Yunayted” Yay Futbol Məktəbinə seçimlərdə sınaqdan uğurla çıxan Nihat Fərəci edib. Bir-birinə ötürmələr edən ikili daha sonra meydanı komanda üzvlərinin ixtiyarına verib.
Qeyd edək ki, “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev və köməkçisi Şakir Qəribov AFFA-nın Məşqçilər Komitəsinin üzvü kimi yığma komandaların xarici səfərlərində olduğu üçün Nizami yurdunun təmsilçisini məşqə digər köməkçi məşqçilər çıxarıb. Xaliq Mərdanov, Füzuli Allahverdiyev və Nadir Şükürov ilk məşqdə futbolçulara tapşırıqlar verib. Səfərdə olan mütəxəssislər qarşıdakı günlərdə “Kəpəz”in düşərgəsinə təşrif buyuracaqlar.
Əlavə edək ki, , seleksiya toplanışına Gəncədən olan 30 futbolçu qatılıb. Onlardan 13 oyunçu son mövsümdə komandanın şərəfini qoruyub.
Yeri gəlmişkən, ilk məşq prosesinə Gəncə klubunun azarkeşləri də maraq göstərib. Toplanışı 30-a yaxın fanat izləyib.
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi