"Komandam əlindən gələni etdi" – Arif Əsədov

"Komandam əlindən gələni etdi" – Arif Əsədov
XƏBƏR 4 İyun 2015 / 00:38 3812
-  A +

"Gözəl, bayram əhval-ruhiyyəli matç keçdi. Təbii ki, qələbə qazanmaq istədik, ancaq alınmadı. Bir daha şahidi olduq ki, iki cəbhədə mübarizə aparmaq üçün komanda güclü heyətə malik olmalıdır". 

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan kubokunun finalında "Qarabağ"a uduzduqları matçdan (1:3) sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis komandasının heyətlə bağlı problemləri olduğunu bildirib: "Məğlubiyyətin obyektiv və subyektiv səbəbləri var. Heyətlə bağlı problemlərimiz oldu. Bəzi oyunçularımız meydana zədəli çıxmışdı. Komandam əlindən gələni etdi. Amma əlimizdə ehtiyyat qüvvə yox idi.

"Simurq" və "Xəzər Lənkaran"la oyuna kimi hər şey qaydasında gedirdi. Lakin həmin oyunlardan sonra zədəlilərin və qırmızı vərəqə alanların sayı artdı və çətinliklərimiz oldu. Komandamız mütləq güclənməlidir. Əsasən də müdafiədə yeni futbolçulara ehtiyacımız var".

Son xəbərlər
03.07.25  19:07

"Napoli"dən La Liqaya