Cəmi beş gün əvvəl beşinci müddətə FİFA-nın prezidenti seçilmiş Yozef Blatterin dünən axşam gözlənilməz istefasından sonra gündəmə onu kimin əvəzləyəcəyi sualı gəlib.
Rusiyanın NTV telekanalı bildirib ki, Avropa Futbol Federasiyasının rəhbəri Mişel Platini FİFA-nın boş qalmış prezidenti postuna keçiriləcək növbədənkənar seçkilərdə favorit hesab edilir. Dünya bukmeykerləri məhz onun qələbəsinin daha inandırıcı olduğunu düşünürlər.
Namizədlərin reytinqində sonrakı yeri təşkilatın başçısı vəzifəsinə mayın 29-da keçirilən seçkilərdə iştirak edən, ikinci turda namizədliyini geri götürən İordaniya şahzadəsi Əli bin əl-Hüseyn tutur.
Böyük korrupsiya qalmaqalına, təşkilatın rüşvət və digər cinayətlərdə ittiham olunan 7 yüksək vəzifəli üzvünün həbsinə baxmayaraq, mayın 29-da Yozef Blatter yenidən FİFA-nın prezidenti seçilib. İyunun 2-də isə şübhəlilərin siyahısı bir qədər də genişlənib və bura federasiyanın baş katibi, Y.Blatterin sağ əli Jerom Valkenin də adı əlavə olunub. Onun 10 milyon dollarlıq bank köçürmələrinə sanksiya verməsi ABŞ müstəntiqlərinin diqqətini çəkib. Onlar bu vəsaiti futbol üzrə dünya çempionatının Cənubi Afrika Respublikasında keçirilməsini təsdiqləmək üçün verilən rüşvət hesab edirlər.
Yozef Blatter isə öz növbəsində məmurlarının korrupsiya fəaliyyətindən xəbərsiz olduğunu və buna görə məsuliyyət daşımadığını bildirib. Eyni zamanda, FİFA-nın son 20 ildəki fəaliyyətini araşdıran Federal Təhqiqatlar Bürosu qanunsuz ödənişlərin məbləğini 150 milyon dollar həcmində qiymətləndirir.
ABŞ-ın baş prokuroru Loretta Linç həbs olunan məmurların oyunları kimin yayımlayacağını, çempionatların harada keçiriləcəyini və futbol oyunlarının təşkili ilə kimin məşğul olacağını həll etmək üçün rüşvət aldığını vurğulayıb.
Yozef Blatterin istefası FİFA-nın qərarlarına yenidən baxılması üçün tam bir prosesin yalnız başlanğıcı ola bilər. Müstəntiqlər, əsasən 2018-ci və 2022-ci illərdə Rusiya və Qətərin futbol üzrə dünya çempionatını keçirmək hüququnu nə dərəcədə düzgün əldə etdiklərinə şübhə ilə yanaşırlar (“Azərtac”).
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var