- Vurğun, “Fənərbaxça”ya gəlişin necə alındı?
- Mən “Fənərbaxça”ya kimi Azərbaycanda “Neftçi” və “Xəzər Lənkəran” klublarında çıxış etmişəm. “Xəzər Lənkəran” klubunun fəxri-prezidenti Mübariz Mənsimovun buraya gəlişimdə böyük rolu oldu.
- Artıq altı aydır Türkiyədəsən. Oradakı mühitə uyğunlaşa bilmisənmi?
- İlk vaxtlar bir az uyğunlaşma baxımından çətinliyim oldu. Amma indi hər şey qaydasındadır. Yavaş-yavaş buradakı mühitə uyğunlaşıram.
- Sənə qarşı münasibət necədir?
- Münasibət yaxşıdır. Mənimlə öz oyunçuları arasında heç bir fərq qoymurlar.
- Məşqçilərin sənin haqqında nə fikirdədilər?
- Fikrimcə, bunu məşqçilərin özlərindən soruşsanız daha yaxşı olar. Burda futbolçunun fiziki durumuna daha çox önəm verirlər. Mənim isə bu baxımdan heç bir problemim yoxdur. Məşqlərdə çox çalışıram. Burada qalmaq və Azərbaycanın adını uca etmək üçün əlimdən gələni edirəm.
- Hansı ampluada çıxış edirsən?
- Hücumameyilli yarımüdafiəçi mövqeyində oynayıram.
- Səndən savayı “Fənərbaxça”da oynayan azərbaycanlı varmı?
- Bəli. Mənimlə birgə Türkiyəyə “Xəzər Lənkəran”dan Fikət Ulduzlu, “Neftçi”dən isə Samir Əhmədov da gəlmişdi. Fikrət geri döndü. Samir isə hələ də burdadır.
- Gələcək karyeranla bağlı nə düşünürsən?
- Məşqlərdə özümü ən yaxşı tərəfdən göstərərək, “Fənərbaxça”da qalmaq istəyirəm.
- Səndən əvvəl İlqar Qurbanov da “Fənərbaxça”da çıxış edirdi. Hətta əvəzedici heyətin kapitanıydı. Amma sonradan vətənə qayıtdı və karyerasında eniş başladı. Eyni halın sənin də başına gələcəyindən qorxmursan?
- Azərbaycan mənim vətənimdir. Amma karyeramı xaricdə davam etdirmək istəyirəm.
- 17 yaşadək futbolçulardan ibarət millimizin heyətində çıxış edirdin. Hətta Almaniyada keçirilən təlim-məşq toplanışında da iştirak etdin…
- Əvvəl çıxış edirdim. Amma indi daha millidə deyiləm.
- Niyə?
- "Fənərbaxça"ya yollandığımdan milli ilə bir qədər yollarım ayrıldı. İnşallah tezliklə yenidən milliyə dəvət alacağıma inanıram.
- Ümumiyyətlə, hansı futbolçunun oyun üslubunu bəyənirsən?
- Uşaq yaşlarımdan Devid Bekhemin oyununu çox bəyənirəm. Bizim futbolçulardan isə Mahmud Qurbanov xoşuma gəlir.
- Azərbaycan çempionatını izləyirsənmi?
- Bəli. Sizin saytdan oyunların canlı reportajlarını izləyirəm. Televiziya vasitəsilə klublarımızın oyunlarına baxıram.
- Hansı kluba azarkeşlik edirsən?
- Mən Lənkəran şəhərinin Mamusta kəndində anadan olmuşam. “Xəzər Lənkəran” klubuna azarkeşlik edirəm. İnşallah bu il çempion biz olacağıq.
Yuxarı
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər
"Qalatasaray" onu hədəfə aldı
AFFA-da yeni təyinat - Şəkillər
DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir
"Çelsi" Mareska ilə bağlı bəyanat yaydı
"Mançester Siti" yeni baş məşqçisini açıqladı
“Qəbələ”dən mövsümün ilk transferi
"İmişli" Kaşkilya ilə yolları ayırdı
İtaliya klubunun yeni baş məşqçisi açıqlandı
DÇ-2026-darekord tamaşaçı sayı