"Yarımfinala yaxşı oyunlarımızla gəlmişik. Matçdan sonra paltardəyişmə otağında sakitlik var idi. Oyuna nəzarət etməyə çalışdıq. Birinci hissədə qol epizodları yaratsaq da, dəyərləndirə bilmədik".
Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinalında "Barselona"ya 0:3 hesabı ilə uduzduqları ilk matçdan sonra deyib.
O, 0:3 hesablı nəticənin ədalətli olmadığını vurğulayıb:
"Luis Suares bir epizodda qol vura bilərdi, ancaq qapıçımız Noyer buna imkan vermədi. Amma ikinci hissədə "Barselona"nın futbolçularının daha yaxşı oynaması sözünü dedi. 0:3 hesabı oyuna görə deyil. Ancaq daha keçmişə qayıda bilmərik. "Barselona" yaxşı oynadı və boşluqlardan yaxşı istifadə edərək qalib gəldi. Onlara boşluqlar yaratmamalıydıq".
Təcrübəli mütəxəssis bildirib ki, məhz boşluq yarandığı üçün Messi ikinci qolu vurub:
"Barselona" bütün mövqelərdə yaxşı oynadı. Münhendə cavab qarşılaşmasında əlimizdən gələni etməliyik".
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"