“Neftçi” klubunun hücumçusu Ernest Nfor Qol.Az saytına müsahibə verib. Kamerunlu futbolçu ilk olaraq Premyer Liqamızın son turunda bərabərə qaldıqları “Sumqayıt”la oyun (2:2) haqda danışıb.
- “Sumqayıt” gənclərdən təşkil olunmuş komandadır. Belə komandalara qarşı oynamaq hər zaman çətin olur. Çünki onlar özlərini sübut etmək üçün meydanda daha çox əzmkarlıq göstərir və yaxşı mübarizə aparırlar. Bacardıqları qədər səhv etməməyə çalışırlar. Bizə qarşı da yaxşı oynadılar və komandamıza çətinlik yarada bildilər.
- “Bakı”, “Xəzər Lənkəran”, “Sumqayıt” kimi klubların heyətinə baxdıqda görürük ki, orta yaş həddi 21-23-dür. Avropanın əksər klubları bu yaşda futbolçularla uğur qazanır. Səncə, Azərbaycanda bu cür klublar niyə yaxşı nəticə göstərə bilmirlər?
- Doğrudur, Avropada bu yaşda futbolçular böyük klublarda oynayırlar. Çünki onlar xarakter göstərirlər. Hər zaman çalışırlar zirvəyə qalxsınlar. Yüksək yerlər uğrunda mübarizə aparan klublar da belə futbolçulara maraq göstərir. Bəzən elə gənc futbolçu olur ki, bir neçə klub onu heyətinə qatmaq üçün mübarizə aparır. Həmin futbolçular da artıq gələcəyin peşəkarlarına çevrilir.
- "Neftçi" mövsüm sonuna kimi hansı yer üçün mübarizə aparacaq?
- Bu gündən sonra sadəcə turnir cədvəlində 3-cü yeri qoruyub saxlamağa çalışacağıq. Qıraqdan baxanda hər şey asan görünür. Biz hansı pillədə olmaq haqqında düşünmürük. Bir məqsədimiz var - meydana çıxdığımız hər oyundan 3 xalla ayrılmaq. Yəni düşünmürük ki, hansısa mövqe uğrunda mübarizə aparaq. Biz qalib gəldikcə istəyimizə də nail ola biləcəyik.
- Gələcək karyeran haqqında nə düşünürsən? “Neftçi”dən getmək ehtimalın varmı?
- Bu məndən asılı deyil. “Neftçi” ilə hələ müqaviləm var. Sonra komandada qalıb-qalmayacağım haqqında qərarı rəhbərlik verəcək. Gələcək karyeram barədə müqaviləm başa çatandan sonra düşünəcəm.
- “Neftçi”yə transfer olunanda sənə böyük ümidlər bəslənilirdi. Nə baş verdi ki, Azərbaycanda karyeran uğursuz alındı.
- Fikirimcə, Azərbaycanda mənə olan ehtimadı doğrultmuşam. Amma son 6 ayda, demək olar ki, mən stabil bir mövqedə oynamamışam. Harda istəyiblərsə, orada özümü ən yaxşı şəkildə göstərməyə çalışmışam.
- Azərbaycan kubokunun finalında “Qarabağ”la qarşılaşacaqsınız. Səncə, bu mövsüm məğlub edə bilmədiyiniz Premyer Liqanın liderini kubokdan məhrum edə biləcəksiniz?
- Kubokun finalında iki böyük klubun qarşıdurması olacaq. Yəni Avropa səviyyəli bir matç olacaq. Bizi çox maraqlı oyun gözləyir. “Qarabağ”a qarşı heç vaxt rahat oynamaq olmaz. Yoxsa onlar həmin an bizim üçün təhlükə ola bilər.
- “Qarabağ”ın heyətində hansı futbolçunu daha təhlükəli hesab edirsən?
- “Qarabağ” bir futbolçudan asılı olan klub deyil. Onlarda çox yaxşı sistem var. Hansı ki, bunu mən ancaq Avropada görmüşəm. Yəni onlar bütün istiqamətlərdə komanda şəkilində oynayırlar. Bu səbəbdən də gərək “Qarabağ”a qarşı bütün mövqelərdə yaxşı mübarizə aparasan.
Ergün SEYİD
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
Bu gün "Liverpul" - "Arsenal" matçı var
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər