Azərbaycan Premyer Liqasının 32-ci turunda evdə "Sumqayıt"la 2:2 bərabərə qalan "Neftçi"nin futbolçusu Samir Məsimov Qol.Az saytına müsahibə verib.
- Turnir cədvəlində üçüncü pillədəki mövqeyinizi qorumaq üçün “Sumqayıt”la oyunda qələbə qazanmalı idiniz. Lakin gözlənilmədən iki vacib xal itirdiniz...
- “Sumqayıt” çox əzmkar komandadır. Sona qədər mübarizə apardı. Bu oyuna yaxşı hazırlaşmışdıq. İstəyirdik uğurlu nəticə əldə edək. Nikolas Kanales meydandan qovuldu. Əgər o, qırmızı vərəqə almasaydı, biz bu oyunda qələbə qazana bilərdik. Hazırkı nəticə bizi qane etmir.
- “Neftçi” sanki, ikinci hissədə qol vurmaq üçün cəhd göstərmirdi. Bunun səbəbi nə idi?
- Əsas odur ki, məğlub olmadıq. İkinci hissədə hücuma atılmamağımızın səbəbi budur ki, biz qapımızda üçüncü qolu da görə bilərdik. Lakin ikinci qolu vaxtında vurmağımız yaxşı oldu.
- Belə demək olar ki, “Neftçi”nin bəxti gətirdi?
- Bu futboldur, hər şey baş verə bilər. Bəxtdən söhbət gedə bilməz. Biz öz oyunumuzu sərgilədik. Sadəcə bəxtimiz gətirmədi ki, qırmızı vərəqə aldıq. Sona qədər rəqibə müqavimət göstərməyə çalışdıq.
- Vurulan qol epizodunda topa toxundunmu?
- Bəli. Vobayın ötürməsində yaxın küncə ayağımın içi ilə zərbə endirdim.
- “Netçi”nin çempionluqdan əlini üzməsi komandanın oyununa mənfi təsir göstərdi. Rəqib futbolçular “Neftçi”nin müdafiəsini asanlıqla yara bilirdi...
- İlk öncə vurğulamaq istərdim ki, futbol səhvsiz olmur. Bildiyiniz kimi bizim heyətdə gənc oyunçular da meydanda idi. Bunlardan biri də Rahil Məmmədov idi. O, “Neftçi”nin yetirməsidir. Amma deməzdim ki, rəqib asanlıqla müdafiəmizi yara bilirdi.
- “Neftçi” bu oyunla kubokun finalında “Qarabağ”a qalib gələ biləcəyini düşünürsənmi?
- Final oyunu fərqlidir. Burada kubokun taleyi həll olunur. Rəqiblər arasında fərq qoymaq istəməzdim. Hamısına hörmətlə yanaşıram. Amma “Sumqayıt” və “Qarabağ” fərqli komandalardır.
- Samir Məsimovu növbəti mövsümdə də “Neftçi”də görə biləcəyik?
- Çempionatın bitməsinə dörd tur qalıb. İndidən bu haqda danışmaq tezdir.
Məftun MAHİROĞLU
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı