“Əsas odur ki “Sumqayıt”a uduzmadıq”

“Əsas odur ki “Sumqayıt”a uduzmadıq”
ÖLKƏ FUTBOLU 2 May 2015 / 00:10 3793
-  A +

“Çox çətin oyun keçdi. İlk hissədə qırmızı vərəqə almağımız  matçın gedişatına təsirsiz ötüşmədi. Buna baxmayaraq ikinci hissədə komanda toparlana bildi”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Neftçi”nin futbolçusu Araz Abdulleyev “Sumqayıt”la oyundan sonra (2:2) deyib.

O, qeyd edib ki, çempionatın autsayderlərlərindən olan “Sumqayıt“la oyundan bir xal almaq da pis nəticə deyil:

“İstərdik qələbə qolunu da vuraq, amma alınmadı. Əsas odur ki, doğma meydanda məğlub olmadıq. İkinci hissədə komandamız xarakter göstərdi və bərabərlik qolunu vurduq. Çalışırıq ki, hər oyundan xal toplayaq və mövsümü yüksək yerdə tamamlayaq. Fikirimcə, 10 nəfərlə pis oynamadıq. “Sumqayıt” gənclərdən təşkil olunmuş komandadır. Əksər futbolçuları gələcək vəd edir. Bizə qarşı da yaxşı mübarizə apardılar”.

Son xəbərlər