"Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan Premyer Liqasının 32-ci turunda "Sumqayıt"la matçdan (2:2) sonra fikirlərini bildirib.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, qalib gələ bilmədikləri üçün azarkeşlərdən üzr istəyib:
“Neftçi” “Sumqayıt”ı məğlub etməli idi. Görünür, bəzi futbolçuların səviyyəsi “Neftçi”nin səviyyəsi ilə uzlaşmır. Bəzi futbolçular dərk etmir ki, hansı klubun formasını daşıyırlar. Odur ki, islahatlar həyata keçirməyin vaxtı çatıb".
A.Əsədov “Sumqayıt”ı heç-heçə münasibəti ilə təbrik edib:
"Onlara gələn oyunlarda uğurlar arzu edirəm".
"Neftçi"nin baş məşqçisi qeyd edib ki, heyətdə problemləri var:
"Cinah müdafiəçiləri baxımından problemlərimiz mövcuddur. Məcburiyyətdən bir sıra oyunçuları özləri üçün yad olan mövqelərdə oynatdım. Mən özüm bilirəm ki, hansı futbolçular “Neftçi”yə layiqdir. Oyunçulara dedim ki, qarşıdakı matçlar sizin üçün imtahandır. Onlar “Neftçi”də qalmağa layiq olduqlarını sübut etməlidirlər”.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib
Qvardiola "Mançester Siti"dən gedir?
UEFA İtaliyanı Avro-2032 ilə hədələdi
"Qalatasaray" 30 milyona aldığı Uğurcana qiymət qoydu
"San Siro"nun satışı ilə bağlı araşdırma başladıldı