Azərbaycan birinci divizionunda 26-cı turunda MOİK-ə 4:1 hesabı ilə qalib gələn “Neftçala” Premyer Liqaya vəsiqəni təmin etdi.
Qol.Az-a müsahibəsində bununla bağlı təəssüratlarını bölüşən komandanın baş məşqçisi Kamal Quliyev Premyer Liqa planlarından da danışıb.
- Komandanız yüksək liqaya vəsiqəni təmin etdi. Bu günə qədər bəzi klublar birinci divizionda yer tutsalar da, müxtəlif səbəblərdən güclülər dəstəsinə qoşulmayıblar. “Neftçala”da bu sarıdan porblem olmayacaq ki?
- Sponsorumuz və klub rəhbərliyi qarşımıza məqsəd qoyub ki, əgər çempion olmasaq, Premyer Liqada oynamaycağıq. Çempion olmaq şansımız isə yüksəkdir. Buna ancaq “Rəvan”ın qalan beş oyunun hamısında qalib gəməsi mane ola bilər. Məqsədimiz çempion kimi Premyer Liqada çıxış etməkdir. Çempionluq şansımızın yüksək olması bizi arxayınlaşıdırmamalıdır. Qarşıda ağır oyunlarımız var. Bütün komandalar bizimlə ikiqat motivasiya ilə oynayır. Bu, bizi sevidirir. Deməli, güclü komandayıq ki, bizə qarşı belə çıxış edirlər. Bir tərəfdən də işimizə daha məsuliyyətli yanaşmağı tələb edir.
- Rəhbərliyin bu qərarı komandanın arxayınlaşmamsı üçün atılan addımdır, yoxsa necə?
- Ola bilər. “Neftçala” yaranan ildən çempionluğa oynayıb. Bunun üçün kluba hər cür şərait yaradılıb. Bu gün birinci divizionda çıxış etsək də, hər bir işimiz Premyer Liqa səviyyəsində qurulub. Təbii ki, klub rəhbəliyinin də prinsipi var. “Neftçala” hər il çempionluğa oynasa da, buna qovuşa bilmir. Bu şansı əldən verməmək üçün rəhbərlik bizə bildirdi ki, çempion olmasanız, komanda Premyer Liqda oynamayacaq.
- Premyer Liqa üçün planlar qurmağa başlamısınız?
- Sözün düzü, mən “Rəvan”la oyunu gözləyirdim. “Rəvan”a qalib gəldikdən sonra bu komanda ilə xal fərqini 8-ə yüksəltdik. Bundan sonra artıq Premyer Liqaya üçün planlar qurmağa başladıq. Müəyyən yerli futbolçularla danışıq aparırıq. Çempionat bitmədiyi üçün onların adını çəkmirəm.
- Komandaya legionerlər cəlb olunacaq?
- Bəli, nəzərdə tutulub. Bir neçə legionerlə maraqlanırıq. Hazırda cəmi bir legionerimiz var. Klub rəhbərliyinin məndən tələbi odur ki, yerli, gənc futbolçuları tapıb üzə çıxarım və onları Azərbaycan futboluna qazandırım. “Neftçala” klubunun əsas məqsədi Azərbaycan futboluna töhvə verməkdir.
- Hazırda heyətdə qeyd etdiyiniz prespektivə malik futbolçular var?
- Buna yaxınıq. Komandamda olan gənc, potensiallı futbolçular bunu deməyimə əsas verir. Həqiqətən komandamızın 90 faizini yerli gənc futbolçular təşkil edir. Onların milli komandlarda çıxış etməsi üçün Premyer Liqa təcrübələri də olmalıdır. İnanıram ki, Premyer Liqanın ilk dövrəsindən sonra güclü klubların maraq dairəsinə düşəcək futbolçularımız üzə çıxacaq. Bununla yanaşı mütləq ustalıq səviyyəsi yüksək olan legionerləri də komadaya cəlb etməliyik. Rəhbərliklə də razılığımız olub ki, 3-4 legionerlə heyətimizi gücləndirək. Bu yöndə də işlər gedir.
- “Neftçala” özünəməxsus oyunu ilə Premyer Liqaya rəng qata biləcəkmi?
- Çox gözəl sual verdiniz. Elə mənim istəyim də budur. Premyer Liqada tam fərqli bir komanda görəcəksiniz. Bizim oyun üsslubumuz digər komandalardan tamamilə fərqlənəcək. Meydançanın hər yerində pressinq edən, sürətli əks hücumlar təşkil edən bir komandamız var. Hazırda bunun üçün çalışırıq. “Neftçala”nın özünə məxsus oyun üslubu olacaq.
- Birinci diviziondan Preyer Liqaya yüksələn komanda nə etməlidir ki, aşkar autsayder olmasın?
- Əlbəttə ki, hər şey maliyyədən asılıdır. Büdcə baxımından problem olmamalıdır ki, istədiklərini həyata keçirəsən. Düzdür, qeyd etdim ki, Azərbaycan futboluna yeni oyunçular qazandırmalıyıq. Ancaq bununla yanaşı yaxşı legionerlərimiz də olmalıdı. Bunun üçün də maliyyə tələb olunur. “Qapazaltı” olmaq istəmirik. Çempionatın ortasında mübarizəni dayandırmaq fikrimiz yoxdur. Bunlardan başqa klubun idarəçilik sistemindən də çox şey asılıdır. Bunların hamısı şərtdir. Ağlımıza da gətirmirik ki, biz “Araz Naxçıvan”ın aqibətini yaşaya bilərik.
Ramiq AĞAMƏMMƏDOV
"Real"da itki
Xusanov "Mançester Siti"nin ən yaxşısı seçildi
Misli Premyer Liqasında hakim təyinatları açıqlandı
Ronaldo yenə iştirak ərizəsində yoxdur
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
30 min avroluq maska ilə qeyri-adi məşq - Səbəblər, Video
Finalçılar onlardır
"Barselona"nın yarımfinaldakı rəqibi müəyyənləşdi
Cüdoçularımızın Parisdəki rəqibləri məlum oldu
"İmişli"dən yeni transfer
Kubokda antirekord təkrarlandı
Azərbaycan yığması 0:6 hesabı ilə uduzdu
"Qəbələ"nin legionerinin qolu liqanın ən yaxşısı seçildi
"Şamaxı"nın "Qarabağ" üzərində qələbəsi yubiley oldu
Azərbaycan Milli Olimpiya Komitəsi BOK-a etirazını bildirib
Xames Rodriqesin yeni klubu bəlli oldu
AFFA İntizam Komitəsi qərarları açıqladı
"Qarabağ"ın "Nyukasl"la oyunlar üçün iştirak ərizəsi
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Duran bu klubla razılaşdı
Superliqa klubunda yeni baş məşqçi
Rövlan Muradov “Sumqayıt”la oyunlar haqda
“Elə bil tapşırıblar ki, Yunisə "sarı" verin”
“Qarabağ”ın Çempionlar Liqası heyətində dəyişiklik edildi
"Beşiktaş" “Vulverhempton”dan futbolçu aldı
Benzema debüt matçında het-trik etdi
"Fənərbaxça"nın kubok qələbəsi - Video
Bu gün Qış Olimpiya Oyunları rəsmən başlayır
Türk əsilli argentinalı "Qalatasaray"a keçdi - Rəsmi
Qara Qarayevə ağır itki
"Turan Tovuz"un qələbəsindən - Video
"Beşiktaş" və "Fənərbaxça"nın futbolçuları cəzalandırıldı
"Barselona" Levandovskini bu şərtlə klubda saxlaya bilər
Klub qaydaları pozdu, hesabından 6 xal silindi
"Əsas odur qələbə qazandıq" - Ruslan Abışov
Saşa Boey yenidən "Qalatasaray"da
La Liqa klublarının hədəfinə düşdü
"Şamaxı" "Qarabağ"a, Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
Kurban Berdiyev meydandan qovuldu
"Real" rəhbərliyi Arbeloadan narazıdır
Messi "Barselona"ya qayıdır?