“Neftçi”nin baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına müsahibə verib. Qol.Az müsahibəni təqdim edir:
- İlk olaraq komandanın növbəti oyuna hazırlığı ilə bağlı danışardınız.
- Son oyunlarımızı sıx qrafiklə keçirdik. Bu baxımdan mövsümün sonuna yaxın müəyyən yorğunluq ola bilər. Bundan sonra həftədə bir oyun keçirəcəyik və bərpa üçün yetərincə vaxtımız olacaq. Komanda gündə bir dəfə məşq edir. Flavinyo, Məqsəd İsayev və Denis Silva zədə səbəbindən fərdi şəkildə hazırlaşırlar. “Sumqayıt”la matçda cəzalı Karlos Kardosonun da xidmətindən yararlana bilməyəcəyik.
- Yeri gəlmişkən, “Qarabağ”la oyun və Kardosonun cəzalandırılması ilə bağlı fikirlərinizi bilmək istərdik.
- “Qarabağ”la oyun doğrudan da maraqlı alındı. Azarkeşlər gözəl matça şahidlik etdilər. Hər iki komanda baxımlı futbol sərgilədi. Taktiki cəhətdən isə tam bərabər oyun gedirdi. Ancaq bu, futboldur və rəqib bizim səhvlərimizdən məharətlə istifadə etdi. “Qarabağ”la həlledici qarşılaşma isə təbii ki, finalda olacaq. Kardosonun cəzasına gəldikdə, “Simurq” klubu ilə oyunda aldığı qırmızı vərəqə səbəbindən ona 2-si şərti olmaqla 3 oyunluq cəza verilmişdi. Son matçda meydandan kənarlaşdırılması onun şərti cəzalarını bir növ qüvvəyə mindirdi. Düşünürəm ki, bu, sırf oyun epizodu idi. Kardosonun yoxluğu bizim üçün ciddi itkidir. Digər tərəfdən isə, bu, gənc futbolçuların oynaması üçün şansın yaranması deməkdir. Son qarşılaşmalarda Rahil Məmmədov və Elşən Abdullayevə daha çox şans verməyə çalışırıq. Bu onların oyun təcrübəsi qazanması baxımından əhəmiyyətlidir.
- Klubun təşəbbüsü ilə milli komandanın baş məşqçisi Robert Prosineçki ilə görüş baş tutdu. Görüşdə nələr müzakirə olundu?
-Son zamanlar “Neftçi”dən milli komandaya futbolçuların çağırılmaması mətbuatda və ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilib. Robert Prosineçki böyük təcrübəyə malik futbol mütəxəssisidir. Onun “Neftçi”nin futbolçuları ilə bağlı fikirləri baş məşqçi olaraq mənim üçün çox önəmlidir. Görüşdə qarşılıqlı fikir mübadiləsi apardıq. Söhbət əsnasında Robert Prosineçki “Neftçi”ni hər zaman yaxından izlədiyini və burada milli komandaya namizəd futbolçuların olduğunu dedi. Yəni burada heç bir qərəzdən söhbət gedə bilməz. Biz də öz növbəmizdə əlimizdən gələni edəcəyik ki, futbolçularımız öz üzərində daha çox çalışaraq ən yaxşı formalarını bərpa etsinlər. Milli komandanın qapısı bütün futbolçulara açıqdır və bu şərəfli formanı geyinmək hər kəsin özündən asılıdır. Əgər futbolçu öz klubunun əsas heyətində stabil oyun göstərirsə, o zaman milli komandaya çağırılmaq şansı da artır. Hətta xorvatiyalı məşqçi futbolçularımızdan bir neçəsinin adını da çəkdi. Dediyim kimi, burada əsas məsuliyyət və yük futbolçuların öz üzərinə düşür, amma biz də məşqçilər korpusu olaraq onlardan öz köməyimizi əsirgəməyəcəyik.
- “Qarabağ”la final oyununun Qəbələdə keçirilməsinə münasibətiniz necədir?
- Bizim üçün hansı meydanda oynayacağımızın fərqi yoxdur. Təkcə stadionun tutumunun az olmasında və azarkeşlərimizin Qəbələyə yollanmasında müəyyən çətinliklər ola bilər. “Neftçi” və “Qarabağ” komandaları arasında keçirilmiş son oyuna azarkeş marağını hər kəs gördü. Finalda isə azarkeş bundan da çox olacaq. Final matçının Qəbələdə keçirilməsi qərarına hörmətlə yanaşırıq. Təki “Neftçi” hər zaman finala çıxsın, biz “Qarabağ”la Ağdamda da oynamağa hazırıq.
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas
“Neftçi” yenə xal itirdi, “Şamaxı”dan qələbə
"Şamaxı"dan 3 qollu qələbə - Video
"Milyonluq futbolçular da səhv edir" - Azər Həşimov
Qvardiola: “Ən yaxşı məşqçi ser Aleks Ferqyusondur”
"Neftçi" - "Sabah": Heyətlər
FIFA və UEFA Laportanın açıqlamalarını mənfi qarşıladılar
"Real"ın oyunçusuna "qırmızı" verən hakim cəzalandırılacaq
"Yuventus" onu azad agent kimi transfer etmək istəyir
Azərbaycan klubundan ayrıldı, ölkəsinə yollandı
"Şamaxı" - "Karvan": Heyətlər açıqlandı
Alonso "Real"da 16 ildən sonra bunu bacardı
Mahirin adı yenə sifariş ərizəsində yoxdur
Millimiz Avropa çempionatında 3-cü yeri tutdu
Müllerdən ABŞ klubunda uğurlu başlanğıc
"Benfika" - "Qarabağ" matçının hakimləri açıqlandı
Azərbaycanın basketbol millisi finalda uduzdu
Luis Enrike əməliyyatdan sonra imicini dəyişdi - Şəkillər
Türkiyə millisi üçün tarixi oyun - Bu gün final var
Bakıda dünya çempionatı keçiriləcək
“Real” FİFA-ya şikayət edəcək
"İndi çempionluq haqda düşünmürük" - Filip Ozobiç
“Viləş” yenidən Azərbaycan futbolunda
Vüsal İsgəndərli Albaniya klubunda ilk qolunu vurdu
Kökçünün komandası böyük hesabla uduzdu
"Beşiktaş" "Başakşəhər"ə belə qalib gəldi - Video
2 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət - “Qarabağ”ın rəqibləri
Zamiqin komandasından mövsümdə ilk qələbə
“Qalatasaray” istəyinə ikinci hissədə çatdı - Video
Rüfət oynadı, komandası “Hayduk”a qalib gəldi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Mbappe və Ardanın qolları qələbə gətirdi - Video
Cəlalın komandasından böyükhesablı məğlubiyyət
I Liqada ilk tura yekun vuruldu
"Yuventus" - "İnter" matçında 7 qol vuruldu - Video
"Turan Tovuz"un "Qəbələ" üzərində qələbəsindən - Video
"Milli komandada yerli baş məşqçi işləsə, daha yaxşı olar"
"Gözlədiyimiz kimi ağır oyun oldu" - Kurban Berdıyev
"İmişli" - "Sumqayıt" matçından - Video
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi