"Bakı"nın hücumçusu Jaba müsahibə verib.
Qol.Az-ın məlumatına görə, braziliyalı futbolçu komandanın hazırkı durumu, Premyer Liqamızın səviyyəsi və "Bakı"dakı gələcək karyerası haqda danışıb.
- Hazırda "Bakı"da vəziyyət necədir?
- İndi bütün fikrimizi qarşıdakı oyuna yönəltmişik. Məşqlərdə tam gücümüzlə çalışırıq. Qarşıda “Xəzər Lənkəran”la vacib oyunumuz var. Həmin oyuna hazırlaşırıq. Məqsədimiz də həmin oyunda qələbə qazanmaqdır.
- Hazırda "Bakı" kimi "Xəzər Lənkəran"ın da heyəti əsasən gənclərdən qurulub. Bu məqam qələbəyə olan ümidinizi daha da artırırmı?
- "Xəzər Lənkəran" da zəif komanda deyil. Ona görə də oyun çətin keçəcək. Rəqibə hörmətlə yanaşırıq. Lakin biz meydan sahibiyik və azarkeşlərimizi sevindirmək istəyirik.
- Son turlarda ehtiyatda qalmağının səbəbi nədir?
- Xəstələnmişdim. 4 gün məşqlərdən kənarda qaldım. Meydana çıxmağa hazır deyildim, ona görə baş məşqçidən özüm xahiş etdim ki, məni meydana buraxmasın. İndi hər şey qaydasındadı. Heç bir problem yoxdur.
- Amma bəziləri iddia edir ki, maddi məsələləri önə çəkərək oynamaq istəmirsən…
- Yox, yalan söhbətdir. Elə bir şey yoxdur. Pul olmasaydı, ya da hazırkı durumumdan narazı qalsaydım, indi Bakıda yox, Braziliyada olardım.
- Baş məşqçi İbrahim Uzunca ilə münasibətin necədir?
- Yaxşıdı. Bir-birimizi anlayırıq. Heç bir problemimiz yoxdur.
- Bəs, klubun icraçı direktoru Yaşar Seyidovla İbrahim Uzunca arasındakı problem haqda hansı fikirdəsən?
- Bu, mənə aid sualı deyil. Öz işləridir.
- “Bakı”nın hazırkı heyətini, komandanın əsasən təşkil edən gənclərin çıxışı ürəyincədirmi?
- “Bakı”da istedadlı gənclər var. Növbəti mövsümdə “Bakı” yaxşı oynayacaq. Bu il təcrübə toplayırlar. Gələn il isə daha yüksək səviyyəli oyun səgiləyəcəklər.
- Gələn il səni də komandada görə biləcəyik?
- Bunu indidən dəqiq söyləmək olmaz. Düzünü demək lazımdır. Hər şey maddi durumdan asılıdır. Əgər vəziyyət düzəlsə, böyük məmuniyyətlə “Bakı”da qalacağam.
- Klubun prezidenti Hafiz Məmmədov gələcəklə bağlı hansı fikirdədir?
- Hafiz bəy deyib ki, narahat olmayın. Kənardan kim nə deyir bilmirəm, ancaq mən pulumu alıram. Ona görə də oynamağıma davam edirəm. Komandanın uğuru üçün də əlimdən gələni edirəm.
- Daha əvvəllər də Azərbaycan Premyer Liqasında oynamısan. Çoxları deyir ki, əvvəlki illərə baxanda hazırda çempionatın səviyyəsi aşağı düşüb. Bu fikirlə razısan?
- Əvvəl iddialı komandaların sayı çox idi. “Bakı”, “Xəzər Lənkəran”, “İnter”, “Qəbələ”, “Neftçi”, “Qarabağ” çempionluq uğrunda mübarizə aparırdı. İndi isə “Qarabağ” rahat şəkildə çempionluğa doğru gedir. Azca onlara “İnter” müqavimət göstərir. Qalanları isə çox geri qalır. Sanki bir durğunluq yaşanır. Bu gün Azərbaycanda “Qarabağ”a rəqib yoxdu.
Mənbə: Futbolxeber.az
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı